Fakt Sübut » Asiya məkanında dialoq və əməkdaşlığın mühüm platforması

Müasir dünyada geosiyasi rəqabətin dərinləşdiyi, regional münaqişələrin və təhlükəsizlik təhdidlərinin artdığı bir dövrdə dövlətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə bir şəraitdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi çoxtərəfli platformaların rolu daha da artır. Təşkilatın əsas məqsədi Asiyada sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən siyasi dialoqu inkişaf etdirməkdir.
AQEM-in beynəlxalq əhəmiyyəti, ilk növbədə, onun geniş coğrafi əhatəsi, müxtəlif siyasi və iqtisadi sistemləri təmsil edən dövlətləri bir araya gətirməsi və ümumi problemlərin müzakirəsi üçün imkan yaratması ilə müəyyən olunur. Təşkilatın oktyabrın 15-də keçirilmiş 7-ci Bakı Zirvə Görüşündə üzv dövlətlərlə yanaşı, müşahidəçi dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bu platformanın siyasi dialoq və çoxtərəfli əməkdaşlıq baxımından əhəmiyyətini bir daha göstərdi. Laos Xalq Demokratik Respublikasının AQEM-ə 29-cu üzv dövlət kimi qəbul edilməsi isə təşkilatın genişlənməsi və Asiyada daha əhatəli əməkdaşlıq məkanının formalaşması istiqamətində mühüm addım oldu. AQEM-in əhəmiyyəti yalnız iştirakçıların sayının və coğrafiyasının genişliyi ilə məhdudlaşmır. Təşkilat müxtəlif dövlətlərin təhlükəsizlik, nəqliyyat, iqtisadi inkişaf, rəqəmsallaşma, ekologiya və humanitar əməkdaşlıq kimi məsələlər üzrə mövqelərini yaxınlaşdırmaq üçün imkanlar yaradır. Bu baxımdan, Bakı Zirvə Görüşü beynəlxalq münasibətlərdə dialoqun və qarşılıqlı anlaşmanın qorunmasının vacibliyini ön plana çıxardı.
Azərbaycanın strateji mövqeyi və birləşdirici missiyası Azərbaycan 2024-cü ildə sədrliyi üzərinə götürdükdən sonra AQEM-in institusional və hüquqi əsaslarının gücləndirilməsinə, təşkilat daxilində dialoqun inkişafına və praktiki əməkdaşlığın genişləndirilməsinə diqqət ayırıb. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi sədrliyin əsas istiqamətləri sırasında olub. Bu fəaliyyətin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq platformaların nüfuzu yalnız keçirilən görüşlərlə deyil, həm də qəbul olunan təşəbbüslərin konkret nəticələrə çevrilməsi ilə ölçülür. AQEM-in hüquqi və institusional baxımdan güclənməsi, üzvlərinin sayının artması və qarşılıqlı fəaliyyət imkanlarının genişlənməsi təşkilatın gələcək inkişafı üçün əhəmiyyətli zəmin yaradır.
Azərbaycanın AQEM-in fəaliyyətində rolunun artması ölkəmizin coğrafi mövqeyi, müstəqil xarici siyasəti və beynəlxalq əməkdaşlığa verdiyi önəmlə sıx bağlıdır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan tarixən müxtəlif regionlar arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Bu gün isə ölkəmiz nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, enerji təhlükəsizliyi, regional iqtisadi əməkdaşlıq və siyasi dialoq vasitəsilə Avrasiya məkanında birləşdirici mərkəz kimi çıxış edir.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
17-09-2026, 11:09
26-04-2025, 14:36
19-06-2025, 12:06
17-10-2026, 12:44
29-09-2026, 09:47