• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”

  

Kamaləddin Qafarov: “Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”

Tarix : 25-08-2026, 10:24 Kateqoriya :---
Kamaləddin Qafarov: “Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”
 
 
 
        “Prezident  İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində dəyərləndirilməsinin artıq kifayət etmədiyini göstərən mühüm siyasi mesajlarla zəngindir”. 
 
Bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
 
          Deputatın fikrincə, bu münasibətlər hazırda  iki dövlətin qarşılıqlı maraqlarını təmin etməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə, yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına xidmət edən geniş regional prosesin mühüm elementinə çevrilib. “ Azərbaycanın və Özbəkistanın inkişaf proseslərinin bir-birini tamamlaması xüsusilə diqqətəlayiq bir məqamdır. Hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye potensialının artırılması, investisiyaların təşviqi və müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu oxşarlıq əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Çünki bir-birini tamamlayan iqtisadiyyatlar arasında tərəfdaşlıq daha geniş və uzunmüddətli nəticələr verə bilir.”        
          Millət vəkili qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının regional əhəmiyyətini müəyyən edən əsas amillərdən biri nəqliyyat və tranzit imkanlarıdır: “Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik dövlətlərindən biri kimi Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi də məhz bu reallıqdan irəli gəlir. Son illərdə regionlar arasında əlaqələrin sürətlə genişlənməsi coğrafi məsafələrin siyasi və iqtisadi əməkdaşlıq üçün maneə olmadığını göstərir. Əksinə, yeni nəqliyyat xətləri, logistika imkanları və ticarət marşrutları ölkələri bir-birinə daha da yaxınlaşdırır. Bu mənada Zəngəzur dəhlizi ilə bağlı məsələlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin çıxışında bu layihənin regionun nəqliyyat xəritəsinə təsir göstərə biləcək mühüm imkan kimi nəzərdən keçirilməsi təsadüfi deyil. Azərbaycan ərazisindən keçən yeni marşrutların inkişafı Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Özbəkistanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirə bilər. Beləliklə, Azərbaycan–Özbəkistan əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərlə məhdudlaşmır, daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: qardaşlıqdan strateji müttəfiqliyə

    Azərbaycan-Özbəkistan münasibətlərində yeni ...

    24-08-2026, 11:55

  • “Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının yüksələn strateji dayağı”

    “Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının ...

    24-08-2026, 11:45

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı