• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Xalqımıza qarşı törədilmiş qanlı cinayət və milli azadlıq mübarizəmizin şərəfli səhifəsi – 20 Yanvar hadisələri

  

Xalqımıza qarşı törədilmiş qanlı cinayət və milli azadlıq mübarizəmizin şərəfli səhifəsi – 20 Yanvar hadisələri

Tarix : 18-01-2026, 11:53 Kateqoriya :---

Xalqımıza qarşı törədilmiş qanlı cinayət və milli azadlıq mübarizəmizin şərəfli səhifəsi – 20 Yanvar hadisələri

20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli cinayətlərdən biridir. 1990-cı ilin 20 yanvarında Sovet imperiyası tərəfindən Bakıda və respublikanın bir sıra rayonlarında dinc əhaliyə qarşı törədilən bu qanlı qırğın insanlığa qarşı öncədən planlaşdırılmış cinayət idi. Hadisələrə aparan yol 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistan ərazisindən kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri ilə başlamış, mərkəzi sovet hakimiyyəti isə gərginliyi aradan qaldırmaq əvəzinə silahlı zorakılıq yolunu seçmişdir.
SSRİ rəhbərliyinin birbaşa göstərişi ilə həyata keçirilən “Bakı əməliyyatı” misli görünməmiş qəddarlıqla icra olunmuşdur. Fövqəladə vəziyyət elan edilmədən əvvəl Bakıya 66 mindən artıq hərbi qüvvə yeridilmiş, tanklar, zirehli texnika və dəniz desantı vasitəsilə şəhər işğal edilmişdir. Qadın, uşaq, qoca demədən silahsız insanlar atəşə tutulmuş, nəticədə 147 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmış, minlərlə ailəyə ağır mənəvi və maddi zərər dəymişdir. Bu hadisə sovet totalitar rejiminin əsl mahiyyətini bir daha dünyaya nümayiş etdirmişdir.
20 Yanvar faciəsi eyni zamanda Azərbaycan xalqının milli iradəsinin sarsılmazlığını göstərdi. Qanlı hadisələr Sovet imperiyasının Azərbaycandakı siyasi və mənəvi dayaqlarını tam sarsıtdı, xalqın mövcud rejimə qarşı nifrəti son həddə çatdı. Bu gün Azərbaycan tarixində 20 Yanvar təkcə faciə deyil, həm də milli azadlıq uğrunda mübarizənin qəhrəmanlıq zirvəsi kimi dəyərləndirilir.
20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edən Heydər Əliyev Sovet rəhbərliyinin bu cinayətini açıq şəkildə pislədi, hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır siyasi səhv və cinayət adlandırdı. O, böyük təhlükələrə baxmayaraq, Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdı və milli ruhun sönməsinə imkan vermədi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclisdə qəbul olunan qərarlarla bu qanlı hadisə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi rəsmən tanındı. Həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.
Azərbaycan dövlətinin 20 Yanvar şəhidlərinə və onların ailələrinə qayğısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə davam etdirilir. Şəhid ailələri və hadisələr nəticəsində əlilliyi olan şəxslər üçün Prezident təqaüdləri, mənzil və avtomobillə təminat, sosial müavinətlər və reabilitasiya xidmətləri həyata keçirilir. Son illərdə icra olunan sosial islahat paketləri çərçivəsində bu ödənişlər dəfələrlə artırılmış, dövlət qayğısı daha da gücləndirilmişdir.
Şəhidlərin xatirəsi Azərbaycan xalqı və dövləti tərəfindən daim uca tutulur. Hər il yanvarın 20-də ölkə üzrə bir dəqiqəlik sükut elan edilir, dövlət bayraqları endirilir, Şəhidlər Xiyabanı ziyarət olunur. Bakıda və ölkənin müxtəlif bölgələrində ucaldılan memorial abidələr 20 Yanvar şəhidlərinin əbədi ehtiramla yad edildiyinin rəmzidir.
20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasında və müstəqillik yolunun dönməzliyində həlledici rol oynadı. Bu faciə xalqımızın azadlıq iradəsini daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpası göstərdi ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Bu gün müstəqil, güclü və qalib Azərbaycan onların müqəddəs xatirəsinin ən böyük təcəssümüdür.

Sənan Hüseynov
ADNSU nəzdində Heydər Əliyev Məktəbinin direktoru, Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: "Qanlı Yanvar sovet imperiyasının son cinayəti və Azərbaycan xalqının ləyaqət imtahanıdır"

    Səttar Möhbalıyev: "Qanlı Yanvar sovet ...

    15-01-2026, 10:36

  • 31 Mart - Azərbaycanlıların Soyqırımı tarixi ən qanlı hadisəsidir

    31 Mart - Azərbaycanlıların Soyqırımı tarixi ən ...

    27-03-2025, 13:50

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Eltun Süleymanov: "20 Yanvar müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsidir"

    Eltun Süleymanov: "20 Yanvar müasir ...

    15-01-2026, 11:53



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.