• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Eltun Süleymanov: "20 Yanvar müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsidir"

  

Eltun Süleymanov: "20 Yanvar müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsidir"

Tarix : Bu gün, 11:53 Kateqoriya :---

Eltun Süleymanov: "20 Yanvar müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsidir"

Tarix elə anlar tanıyır ki, orada zaman dayanır, söz lal olur, amma qan danışmağa başlayır. 1990-cı ilin 20 Yanvar gecəsi də məhz belə bir andır. O gecə Bakı səmasının üstündən təkcə tanklar keçmədi-imperiya öz son hökmünü oxudu, Azərbaycan xalqı isə azadlıq andını içdi. 20 Yanvar təkcə bir faciə deyil. 20 Yanvar imperiyanın xalqa açdığı müharibə, əliyalın millətin silahlı zorakılığa qalib gəlməsi, ölümün qorxutmayan, əksinə, oyadan ünvanıdır.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, sovet imperiyası yaxşı bilirdi ki, Azərbaycan artıq qorxmur. Qarabağ məsələsində ayağa qalxan xalq susmayacaq. Ona görə də Kreml qərar Verdi ki, xalq cəzalandırılmalıdır. Bu, hüquq-mühafizə tədbiri deyildi. Bu, asayiş əməliyyatı deyildi. Bu, öncədən planlaşdırılmış dövlət terroru idi. Bakının üzərinə yeridilən 66 mindən artıq qoşun, ağır texnika, xüsusi təyinatlı dəstələr bir məqsədə xidmət edirdi
xalqın iradəsini sındırmaq. Əməliyyata erməni zabit və əsgərlərinin, kursantların cəlb edilməsi isə bu cinayətin təsadüfi yox, məqsədli, qisasçı və məkrli mahiyyətini ortaya qoyurdu. Yanvarın 19-dan 20-nə keçən gecə Bakı işıqsız qoyuldu. Telefon xətləri kəsildi. Şəhər qaranlığa qərq edildi. Çünki imperiya həmişə qaranlıqda öldürür. Tanklar küçələrə çıxdı. Zirehli maşınlar insanların üstünə sürüldü. Güllələr pəncərələri, qapıları, ürəkləri deşdi. Qadın vuruldu, uşaq vuruldu, təcili yardım maşını vuruldu. Bu artıq faciə deyildi qətliam idi. Xəyanət hüququn paltarını geyinmişdi. Beləcə ən böyük xəyanət hüququn adına sığınıb törədildi. Fövqəladə vəziyyət elan edilməmişdi. İnsanlar bilmirdi ki, bu gecə onların yaşamaq hüququ ləğv olunub. Əhali xəbərdar edilmədən, beynəlxalq hüquq ayaqlar altına atılaraq insanlar güllələndi. Bu, sadəcə cinayət deyil-ikiqat cinayət idi. Həm insanlığa, həm hüquqa qarşı törədilmişdi. Bu əməliyyatın müəllifləri vardı. Adları da vardı. Yazov. Bakatin. Babkov. Bu adlar 20 Yanvar tarixində qara hərflərlə yazılıb. Çünki onlar bir millətin üstünə tank sürdülər. Fövqəladə vəziyyət elan olunana qədər onlarla insan öldürülmüşdü. Elan edildikdən sonra da qətllər davam etdi. Neftçalada, Lənkəranda qan axdı. 147 şəhid, yüzlərlə yaralı, minlərlə yaralı ürək, imperiyanın mənəvi ölümü belə xalqın iradəsini qıra bilmədi. 20 Yanvar gecəsi sovet ordusu Bakıya girdi. Amma o gecə sovet ideologiyası Bakını tərk etdi. Xalq partiya biletlərini atdı. Qorxu dağıldı. İmperiya çökməyə başladı. Çünki bir imperiya xalqı güllələdiyi an ölmüş sayılır. Faciədən sonra xalq yalnız Kremlə deyil, daxildə səmimiyyətsiz olanlara da baxdı. Qanı tribunaya çevirənlər, amma hakimiyyətə gələndə susanlar ifşa olundu. 20 Yanvar hamını sınadı. Kim millətlə idi, kim yox-bəlli oldu. Hamı susduğu bir vaxtda bir səs ucaldı. Moskvada tək. təhlükə içində olsa da bu səs millətə ümid verdi. Ulu Öndər Heydər Əliyev dedi ki, bu cinayətdir. Bu, hüquqa, demokratiyaya, insanlığa ziddir. Bu, Moskvanın və yerli rəhbərliyin günahıdır. Bu sözlər təkcə bəyanat deyildi-xalqın boğazından qopan fəryadın siyasi forması idi. Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Dedi ki, “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. Bu çox cəsarətli fikirlər idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdanda biz ədalətin dövlət səviyyəsinə qaldırılmasını gördük. 20 Yanvar susdurulmadı, əksinə, danışdırıldı. Naxçıvandan başlayan siyasi qiymət Milli Məclisə daşındı. Şəhid adına rəsmi status verildi. Tarix öz yerini tapdı.
Cənab Prezident İlham Əliyev bu yolu davam etdirir. Şəhid ailələri unudulmur. Dövlət yaddaşı diri saxlayır. Memoriallar ucaldılır. Bayraqlar endirilir. Bir dəqiqəlik sükutla bir millətin vicdanı danışır. Şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
20 Yanvar məğlubiyyət yox, zəfər tariximizə gedən yola çevrildi. Bəli, o gecə insanlar öldü. Amma qorxu da öldü. Qulluq və itaət psixologiyası və imperiya belə öldü. 20 Yanvar azadlığın şəhid qanı ilə imzalanmış sənədidir. Bu sənədin adı Müstəqil Azərbaycandır- deyə E. Süleymanov fikrini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Rövşən İsmayılov: Ulu Öndərin İşıqlı Yolu – Azərbaycanın Əbədiyyətə Yazılan Anım Günü

    Rövşən İsmayılov: Ulu Öndərin İşıqlı Yolu – ...

    9-12-2025, 00:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Yanvar 2026 (93)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.