• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb -Fotolar

  

“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb -Fotolar

Tarix : 10-12-2025, 11:46 Kateqoriya :---

“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri ilə yanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in “Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchiz edilib.
AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisin deputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina, iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243 çarpayılıq 133 otaq vardır. Sinir sistemi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvi naftalan, paranaft və mineral su vannaları təqdim edir. Burada həmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj, neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktik prosedurlar həyata keçirilir.

Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataq korpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasir standartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruri avadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq vardır. Burada yeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vanna otaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanların xidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxili yollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırma sistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. 
Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılan şərait, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub -Fotolar

    “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında ...

    1-08-2025, 15:03

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40

  • “Kurort Naftalan”da şərait yaxşılaşdırılıb -Fotolar

    “Kurort Naftalan”da şərait yaxşılaşdırılıb ...

    27-11-2025, 10:33

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar -Fotolar

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ...

    1-05-2025, 09:31

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    22-04-2025, 10:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.