• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub -Fotolar

  

“Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub -Fotolar

Tarix : 1-08-2025, 15:03 Kateqoriya :---
“Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub -Fotolar
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır.
 
“Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında da əsaslı təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. Konfederasiyanın və müxtəlif dövlət orqanlarının rəhbər şəxsləri, deputatlar sanatoriyada görülmüş işlərlə tanış olublar.
 
Bildirilib ki, sanatoriyanın müalicə korpusu tam təmir edilib, müasir standartlara cavab verən yeni müayinə otaqları istifadəyə verilib və tibbi avadanlıqlarla təchiz edilib. Həmçinin korpusda yerləşən yataq otaqları da müasir üslubda təmir olunub, yeni otaqlar yaradılıb, liftlər quraşdırılıb.
 
Sanatoriyanın elektrik təsərrüfatı yenilənib, buranı elektrik enerjisi ilə təmin edən 550 kVA gücündə generator quraşdırılıb.
 
Ərazidə daxili avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, kanalizasiya xətləri yenilənərək ümumi kollektor sisteminə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları quraşdırılıb. Sanatoriyanın ərazisində ağac və bəzək kolları əkilib, suvarma sistemləri ilə təmin olunub. Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun həyata keçirilir.
Tədbir iştirakçıları sanatoriyanın ərazisi, müalicə və istirahət şəraiti ilə yaxından tanış olublar.
Məlumat verilib ki, 16,9 hektar sahədə yerləşən “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyası 212 çarpayılıqdır. Burada iki yataq və bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası fəaliyyət göstərir. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və digər müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, tübaj və parafin terapiyası, eləcə də təbii palçıq vasitəsilə müalicə və digər prosedurlar daxildir. Sanatoriya ilboyu xidmət göstərir. 2025-ci il yanvarın 1-dən bu günədək 1000-ə yaxın həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Bilgəh Kardioloji Sanatoriyasında şərait yaxşılaşdırılır -Fotolar

    Bilgəh Kardioloji Sanatoriyasında şərait ...

    1-07-2025, 15:56

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Bakıda qaçış yarışı təşkil edib -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    2-06-2025, 13:52

  • Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla sanatoriyalara getmək olmur - TAHİR KƏRİMLİYƏ CAVAB

    Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla ...

    19-07-2025, 15:33

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar -Fotolar

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ...

    1-05-2025, 09:31

  • Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib

    Kəngərli kəndinin birinci mərhələsinin açılışı ...

    10-05-2025, 14:15



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.