• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Bilgəh Kardioloji Sanatoriyasında şərait yaxşılaşdırılır -Fotolar

  

Bilgəh Kardioloji Sanatoriyasında şərait yaxşılaşdırılır -Fotolar

Tarix : 1-07-2025, 15:56 Kateqoriya :---
Bilgəh Kardioloji Sanatoriyasında şərait yaxşılaşdırılır -Fotolar
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
 
Bilgəh Kardioloji Sanatoriyasında da abadlıq işləri aparılaraq şərait yaxşılaşdırılıb. Bununla əlaqədar Konfederasiyanın, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbər vəzifəli şəxsləri və Milli Məclisin deputatları sanatoriyada görülmüş işlərlə tanış olublar.
 
Məlumat verilib ki, sanatoriyanın yeməkxanası, kottecləri, korpus otaqları, eləcə də fəvvarələr təmir edilib, ərazi yaşıllaşdırılıb. Həmçinin sanatoriyada Wi-Fi internet, IP telefoniya və müasir işıqlandırma sistemləri qurulub, təhlükəsizlik kameraları quraşdırılıb. Bununla yanaşı, çimərlik sahəsində də abadlıq işləri aparılıb.
Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun şəkildə təşkil olunur.
 
Tədbir iştirakçıları sanatoriyanın ərazisini gəzib, yaradılmış müalicə və istirahət şəraiti ilə tanış olublar.
Qeyd edək ki, 17,5 hektar ərazidə yerləşən Bilgəh Kardioloji Sanatoriyası 316 çarpayılıqdır. Profili ürək və qan-damar sistemi xəstəlikləri olan sanatoriya ilboyu fəaliyyət göstərir. 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 2500 həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb. Bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar -Fotolar

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ...

    1-05-2025, 09:31

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    22-04-2025, 10:09

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Bakıda qaçış yarışı təşkil edib -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    2-06-2025, 13:52

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Cenevrədə bir sıra görüşlər keçirib -Foto

    Azərbaycan Həmkarlar İttifaqları ...

    5-06-2025, 19:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.