• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Kurort Naftalan”da şərait yaxşılaşdırılıb -Fotolar

  

“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb -Fotolar

Tarix : 27-11-2025, 10:33 Kateqoriya :---

“Kurort Naftalan”da şərait yaxşılaşdırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması və mənalı istirahəti üçün ardıcıl və sistemli tədbirlər davam etdirilir, müalicə-sağlamlıq mərkəzlərində şərait yaxşılaşdırılır.
Müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan Naftalan şəhərində yerləşən AHİK-in “Kurort Naftalan” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, müasir avadanlıqlarla təchiz edilib.

AHİK-in və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları sağlamlıq mərkəzində görülən işlərlə tanış olublar. Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, yerli icra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataq korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan ibarət 26 otaq vardır. Bundan əlavə, burada həkim, masaj və vanna otaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanların xidmətindədir.

Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib. Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası və karbon terapiyası otaqları, inqalyasiya bölməsi, idman zalı və müxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.

Ərazidə infrastrukturun yenilənməsi işləri də aparılıb, daxili yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir - 4-cü nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya xidmətlərini, həmçinin müalicəvi naftalan nefti əsasında həyata keçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinə naftalan vannaları, kombinə edilmiş naftalan müalicə prosedurları, manual terapiya, parafin terapiyası, su-fizioterapiya (hidroterapiya), inqalyasiya və digər müalicə prosedurları daxildir.

Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan şəraiti, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • İşgüzarlığı ilə Tanınan, Sosial Dəstəyi ilə Sevilən Bir Lider – Rasim Nəbiyev

    İşgüzarlığı ilə Tanınan, Sosial Dəstəyi ilə ...

    12-10-2025, 23:22

  • Rasim Nəbiyev — Sənayenin və Ticarətin İnkişafına Öncülük Edən Nümunəvi Rəhbər

    Rasim Nəbiyev — Sənayenin və Ticarətin İnkişafına ...

    16-10-2025, 23:04

  • Rasim Nəbiyev: Çörəkdən Gələn İnamı, Xidmətdən Gələn Dəyəri Cəmiyyətə Daşıyan Lider

    Rasim Nəbiyev: Çörəkdən Gələn İnamı, Xidmətdən ...

    19-11-2025, 00:55

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar -Fotolar

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ...

    1-05-2025, 09:31

  • “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında şərait yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub -Fotolar

    “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında ...

    1-08-2025, 15:03



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (51)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.