• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Sosial » 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?

  

1600 manatadək artırılan müavinət kimlərə ödənilir?

Tarix : 13-05-2025, 10:31 Kateqoriya :Sosial

"Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə olan ödənişdir. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı olaraq bu müavinətin məbləği 1380 manatdan 1600 manatadək yüksəlib. Bu müavinətin qanunla təsbit edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu, cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır".

Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

Deputat bildirib ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir:

"Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir.

Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni həmin şəxslərə 1600 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür".

Vüqar Bayramov qeyd edib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir:

"Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir".

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA

    Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA ...

    5-05-2025, 15:30

  • Üzümçülük və Şərabçılıq Sənayesinin İnkişafında Liderlik – Dr. Vüqar Səlimovun Təsiri

    Üzümçülük və Şərabçılıq Sənayesinin İnkişafında ...

    7-04-2025, 10:04

  • Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirdi

    Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirdi ...

    14-03-2025, 15:30

  • Sökülən evlərə görə təzminat belə hesablanır

    Sökülən evlərə görə təzminat belə hesablanır ...

    29-04-2025, 12:11

  • Niyazi Bayramov – Gəncənin inkişaf yolunda əzmlə irəliləyən, dövlətə və xalqa sadiq rəhbər

    Niyazi Bayramov – Gəncənin inkişaf yolunda əzmlə ...

    6-05-2025, 00:54



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.