Fakt Sübut » Cəmiyyət » Niyazi Bayramov – Gəncənin inkişaf yolunda əzmlə irəliləyən, dövlətə və xalqa sadiq rəhbər
Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən şəhərlərindən biri olan Gəncə, bu gün öz müasir simasını və inkişaf strategiyasını əmin addımlarla formalaşdırır. Şəhərin bu yüksəlişində mühüm rol oynayan əsas simalardan biri, şübhəsiz ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Uzunillik dövlətçilik təcrübəsi, yüksək idarəetmə bacarığı və xalqa xidmət prinsipi ilə seçilən Niyazi Bayramov, rəhbərlik etdiyi dövrdə Gəncənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində çoxsaylı uğurlu layihələrə imza atmışdır.
Niyazi Bayramovun rəhbərliyi ilə Gəncə şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və infrastruktur layihələri şəhərin görkəmini dəyişdirmiş, onun turizm və investisiya baxımından daha da cəlbedici olmasına səbəb olmuşdur. Yeni yollar, müasir parklar, sosial obyektlər, məktəb və uşaq bağçalarının əsaslı təmiri və tikintisi şəhərin davamlı inkişafının göstəriciləridir.
Xüsusilə mədəniyyət və tarix abidələrinin bərpası, ictimai nəqliyyat sisteminin yenilənməsi, çoxmənzilli binaların dam örtüklərinin və fasadlarının təmiri, yaşayış massivlərinə yeni kommunikasiya xətlərinin çəkilməsi kimi işlər Gəncə sakinləri tərəfindən yüksək qiymətləndirilir.
Niyazi Bayramov sosial həssas təbəqəyə – xüsusilə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya xüsusi önəm verir. Onun təşəbbüsü ilə şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, gənclərin və uşaqların psixoloji və sosial dəstəklə təmin olunması, xeyriyyə tədbirləri və müavinət təşəbbüsləri mütəmadi şəkildə həyata keçirilir.
Onun rəhbərliyi altında keçirilən görüşlərdə şəhid ailələrinin problemləri dinlənilir, dərhal aidiyyəti orqanlara yönləndirilərək operativ həll olunur. Niyazi müəllim üçün bu, təkcə vəzifə məsuliyyəti deyil, həm də mənəvi borcdur.
Niyazi Bayramov öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu və bölgələrin inkişafı siyasətinə sarsılmaz sədaqətlə yanaşır. O, dövlət başçısının göstəriş və tövsiyələrini rəhbər tutaraq Gəncədə aparılan bütün işləri məhz xalqın rifahı və vətənin inkişafı naminə həyata keçirir.
Gəncə, Prezident İlham Əliyevin xüsusi önəm verdiyi strateji şəhərlərdən biridir və bu məsuliyyətin fərqində olan Niyazi Bayramov şəhərin hər bir küçəsində, hər bir məhəlləsində Prezidentin inkişaf kursunun hiss olunması üçün çalışır.
Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Gəncə şəhərində bir sıra genişmiqyaslı tədbirlər keçirilmişdir. Niyazi Bayramovun təşəbbüsü və rəhbərliyi ilə abidə ziyarətləri, elmi-praktik konfranslar, Heydər Əliyev və Gəncə mövzusunda sərgilər, gənclərlə maarifləndirici görüşlər təşkil olunmuşdur.
Niyazi Bayramov qeyd edir ki:
“Heydər Əliyevin siyasi irsi bu gün bizim yol xəritəmizdir. Onun müəyyən etdiyi dövlətçilik prinsipləri və müdrikliyi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrilir. Gəncə də bu inkişafın mərkəzindədir.”
Niyazi Bayramov – yalnız bir icra başçısı deyil, həm də xalqın içində olan, onun dərdinə şərik çıxan, şəhərinə, dövlətinə və Prezidentinə sədaqətli bir vətənpərvərdir. Onun rəhbərliyi ilə Gəncə bugünkü dinamik inkişaf mərhələsinə qədəm qoymuş, həm milli-mədəni dəyərlərinə sadiq qalmış, həm də müasir dövrün çağırışlarına cavab verən bir şəhərə çevrilmişdir.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
6-05-2025, 00:45
26-04-2025, 14:36
18-04-2025, 12:39
8-03-2025, 01:19
21-04-2025, 23:56