• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səhiyyə » Qaraciyəri məhv edən 17 dərman - ARAŞDIRMA

  

Qaraciyəri məhv edən 17 dərman - ARAŞDIRMA

Tarix : 7-03-2025, 16:00 Kateqoriya :Səhiyyə

Qaraciyəri məhv edən 17 dərman - ARAŞDIRMA

Bir sıra antibiotiklər, neyroleptiklər, statinlər, antifungal agentlər və antiparazitar dərmanlar qaraciyərə güclü toksikoloji təsir göstərə bilər.

"JAMA Internal Medicine" jurnalı Amerikanın aparıcı universitetlərinin və ABŞ Veteranlarla İş Departamentinin əməkdaşlarının apardıqları araşdırmanın nəticələrdirini dərc edib.

Alimlər ABŞ Veteranların Sağlamlıq İdarəsindən təqdim edilən səkkiz milyon insanın elektron sağlamlıq qeydlərindən alınan məlumatları təhlil ediblər. Məlumatlar 2000-2021-ci illəri əhatə edib. Tədqiqat ABŞ-da ən çox təyin olunan 194 dərmanın siyahısını tərtib etməklə başlayıb və sonra onların qaraciyər və ya öd yolları xəstəliyi olmayan xəstələrin sağlamlığına təsirini araşdırıb.

Tədqiqat zamanı ağır kəskin qaraciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirmənin bütün halları qeydə alınıb. Ümumilikdə 20 illik müşahidə zamanı 1739 belə hal baş verib.

Qaraciyər üçün ən böyük təhlükə yaradan 17 dərmana xüsusi diqqət yetirilib. Onların arasında lyamblioz, trichomonas vaginit, mədə xorası və onikibarmaq bağırsaq xorasının müalicəsində istifadə olunan metronidazol var. Bu dərmanın ən təhlükəli olduğu ortaya çıxıb.

Qaraciyər üçün yüksək dərəcədə zəhərli olan dərmanlar arasında antiviral stavudin, neyroleptik proxlorperazin, bəzi statinlər, həmçinin bir sıra antibiotiklər və antifungal agentlər də var.

Qeyd olunub ki, bu dərmanlardan 11-i əvvəllər təhlükəsiz hesab edilib.(Publika.az)

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Cəmilə Talıbova – Peşəkarlığı və İnsanpərvərliyi ilə Seçilən Baş Həkim

    Cəmilə Talıbova – Peşəkarlığı və İnsanpərvərliyi ...

    7-03-2025, 01:35

  • Gecikəndə pul verilir: Azərbaycanda necədir? - RƏSMİ

    Gecikəndə pul verilir: Azərbaycanda necədir? - ...

    7-03-2025, 12:11

  • Aynurə Əyyubova – Gənc Nəsillərin İnkişafına Həsr Olunmuş Fədakar Təhsil Xadimi

    Aynurə Əyyubova – Gənc Nəsillərin İnkişafına Həsr ...

    7-03-2025, 01:33

  • Milli Məclisin plenar iclası başlayıb

    Milli Məclisin plenar iclası başlayıb ...

    7-03-2025, 11:15

  • Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər

    Afət Camalova – Təhsilə Sadiq və Peşəkar Rəhbər ...

    7-03-2025, 01:37



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.