• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Gecikəndə pul verilir: Azərbaycanda necədir? - RƏSMİ

  

Gecikəndə pul verilir: Azərbaycanda necədir? - RƏSMİ

Tarix : 7-03-2025, 12:11 Kateqoriya :Cəmiyyət

Gecikəndə pul verilir: Azərbaycanda necədir? - RƏSMİ

Bir sıra hallarda əlverişsiz hava şəraiti, texniki nasazlıq və digər səbəblərdən dolayı sürət qatarlarında gecikmə halları olur.

hətta qısa müddətli nasazlıq belə bu qatarlardan istifadə edən insanların səhər işə gecikməsi ilə nəticələnə bilir.

Ölkəmizdə fəaliyyət göstərən digər ictimai nəqliyyat növlərindən fərqli olaraq bu nəqliyyat vasitələrinin stansiyaları arasında kilometrlərlə məsafə olduğundan sərnişin qatarda problem yarandıqda və ya qatar dayandıqda istədiyi yerdə düşüb yoluna davam edə bilmir.

Bu da istər tələbələr, istərsə də işləyən şəxslər üçün müəyyən problemlər yaradır.

Bir sıra ölkələrdə əgər gecikmə vətəndaşın təqsiri ucabtından baş verməyibsə, metro, sürət qatarının gecikməsindən və s. asılıdırsa, iş yerlərinə həmin qurum tərəfindən məlumat göndərilir və ya sərnişinlərə kompensasiya ödənişi edilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bənzər praktika ölkəmizdə də mövcuddur:

“Qatarın hər hansı səbəbdən stansiyaya gec çatmasına görə sərnişin iş yerinə gecikərsə və ya tələbədirsə, ali təhsil müəssisəsində dərsinə gecikərsə, bu zaman sərnişin vağzal və ya stansiya növbətçisinə yaxınlaşaraq qatarın gecikdiyini təsdiq edən arayışı ala və aidiyyəti müəssisəyə təqdim edə bilər”, - deyə açıqlamada bildirilib.

Gecikmə hallarına görə işləyən şəxslərin maaşından tutulma olduğu təqdirdə qurumların kompensasiya ödənişi etməsi praktikasının isə ADY tərəfindən tətbiq olunmadığı qeyd edilib.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • DYP-dən 8 martla bağlı yol hərəkəti iştirakçılarına müraciət

    DYP-dən 8 martla bağlı yol hərəkəti ...

    7-03-2025, 12:05

  • "Pul ödəməyən ölkələri qorumayacağıq" - Tramp

    "Pul ödəməyən ölkələri qorumayacağıq" - ...

    7-03-2025, 10:32

  • AHİK tərəfindən Qadınlar Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTOLAR

    AHİK tərəfindən Qadınlar Günü münasibətilə ...

    7-03-2025, 12:17

  • Cəmilə Talıbova – Peşəkarlığı və İnsanpərvərliyi ilə Seçilən Baş Həkim

    Cəmilə Talıbova – Peşəkarlığı və İnsanpərvərliyi ...

    7-03-2025, 01:35

  • Namizəd İsmayılov – Peşəkar Rəhbər və Fədakar Xidmətçi

    Namizəd İsmayılov – Peşəkar Rəhbər və Fədakar ...

    7-03-2025, 01:31



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (40)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.