• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Səhiyyə » İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"

  

İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"

Tarix : 6-05-2025, 16:00 Kateqoriya :Səhiyyə

Uzun illər sağlamlığa zərərli hesab edilən bəzi qidalarla bağlı fərqli mövqeyi ilə seçilən Prof. Dr. Canan Karatay bu dəfə də fikirləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, düzgün şəkildə qəbul edildikdə həmin qidalar bədən üçün olduqca faydalıdır. “Qaşıq dolusu yeyin,” – deyə Karatay tövsiyə edib.

Karatay sağlam yağların faydalarına toxunaraq, bu yağların arıqlama prosesində mühüm rol oynadığını bildirib. O, yağlar əvəzinə şəkər və karbohidratların istehlak edilməsinin bədəndə yağ yığımına və piylənməyə səbəb olduğunu vurğulayıb.
“Bədənimizdə bəzi hormonlar yağlar vasitəsilə istehsal olunur. Ancaq bu hormonların balanssız fəaliyyəti damar tıxanıqlığı, katarakta, insult və infarkt kimi ciddi problemlərə yol aça bilər,” – deyə o bildirib.

“Şəkər bədən üçün zəhərdir”

Prof. Dr. Karatay şəkər və nişasta tərkibli məhsulların, xüsusilə çörək, düyü, kartof, makaron, xəmir məmulatları, qazlı və şəkərli içkilərin orqanizmdə qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olduğunu qeyd edib. Onun fikrincə, bu tip qidalar təkcə arıqlamağı çətinləşdirmir, həm də bir çox metabolik xəstəliklərin yaranmasına zəmin yaradır. “Bu qidalar insan orqanizmi üçün zəhərdir,” – deyə Karatay xəbərdarlıq edib.

Karatay ət yeməklərinin sağlamlıq baxımından faydalı olduğunu, lakin bu yeməklərlə birlikdə çörək və ya karbohidratlı garnirlərlə istehlak edilməməli olduğunu bildirib. “Kababı istədiyiniz qədər yeyə bilərsiniz. Amma yanında çörək, bulqur və ya düyü olmamalıdır,” – deyə o tövsiyə edib.

“Diabet genetik deyil, vərdişlərin nəticəsidir”

Diabetlə bağlı da cəmiyyət arasında yayılan yanlış fikirlərə toxunan Karatay, bu xəstəliyin genetik deyil, səhv qidalanma vərdişlərinin nəticəsi olduğunu bildirib. “Şəkər xəstəliyi heç vaxt genetik deyil. Eyni ailədə bir neçə nəfərdə görülməsi, genetik deyil, ortaq vərdişlərin təkrar edilməsinin nəticəsidir,” – deyə o qeyd edib.//E-saglam.az

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?

    Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat ...

    2-05-2025, 10:28

  • Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır

    Laboratoriyada istehsal olunan qidalar bazara ...

    11-03-2025, 16:00

  • Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə Heyətinin Sədri, Təcrübəli İqtisadçı və Uğurlu Rəhbər

    Məhərrəm Şəfiyev – “Bərdə-Çörək” ASC-nin İdarə ...

    8-03-2025, 01:12

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Kartof-soğan niyə ucuzlaşmır?

    Kartof-soğan niyə ucuzlaşmır? ...

    23-04-2025, 10:39



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.