• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dünya » Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır

  

Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır

Tarix : 11-03-2025, 16:00 Kateqoriya :Dünya


Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır


Böyük Britaniyada laboratoriyada istehsal olunan ət, süd və şəkər gözləniləndən çox yaxın müddətdə - iki il ərzində ilk dəfə insan istehlakı üçün satışa çıxarıla bilər. Qida Standartları Agentliyi (FSA) laboratoriyada hazırlanmış qidalar üçün təsdiq prosesini sürətləndirməyi nəzərdən keçirir. Bu məhsullar yığcam kimya fabriklərində hüceyrələrdən hazırlanır.  Britaniya şirkətləri elmin bu sahəsində liderdir. Lakin onlar hesab edirlər ki, inkişaf prosesi mövcud tənzimləyici standartlar tərəfindən geri çəkilir.

Keçən ay İngiltərədə fabrikdə yetişdirilən ətdən hazırlanan it yemi ilk dəfə satışa çıxarılıb. 2020-ci ildə Sinqapur insan istehlakı üçün hüceyrədə yetişdirilən ətin satışına icazə verən ilk ölkə oldu, ardınca üç il sonra ABŞ və keçən il İsrail gəldi. Bununla belə, İtaliya, ABŞ-ın Alabama və Florida ştatları bu süni qidalara qadağalar tətbiq edib.

FSA yüksək texnologiyalı qida şirkətlərinin mütəxəssisləri və akademik tədqiqatçılarla işləyərək yeni qaydalar hazırlamağa hazırlaşır. Agentlik başladığı iki illik proses ərzində laboratoriyada yetişdirilən iki məhsulun tam təhlükəsiz qiymətləndirməsini tamamlamaq niyyətində olduğunu bildirib. Amma tənqidçilər deyirlər ki, firmaların yeni qaydaların hazırlanmasında iştirakı maraqların toqquşmasıdır.

Təşəbbüs Britaniya şirkətlərinin xaricdəki rəqiblərinə uduzmaqdan qorxduqları zamana təsadüf edir, amma burada icazə prosesi yarıya qədər uzanır.

FSA-nın baş elmi işçisi, professor Robin Mey hesab edir ki, istehlakçıların təhlükəsizliyinə xələl gəlməyəcək. O deyib: “Biz onlara fayda verən, eyni zamanda, bu məhsulların mümkün qədər təhlükəsiz olmasını təmin edən tənzimləyici çərçivə hazırlamaq üçün əlaqədar şirkətlərlə və elmi qruplarla çox sıx işləyirik”.

Laboratoriya şəraitində hazırlanan qidalar kiçik hüceyrələrdən yetişdirilən bitki və ya heyvan toxumalarıdır. Bəzən bu, qidaların xüsusiyyətlərini dəyişdirmək üçün gen redaktəsini ehtiva edə bilər. İddia edilən faydalar onların ətraf mühit üçün nisbətən yaxşı və potensial olaraq daha sağlam olmasıdır.

Hökumət laboratoriya şəraitində hazırlanan qidalar istehsal edən şirkətlərin inkişafında maraqlıdır, çünki onların əlavə iş yerləri və iqtisadi artım yaradacağına ümid edir.//Azərtac

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir

    Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu ...

    11-03-2025, 09:16

  • Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO

    Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı ...

    10-03-2025, 09:16

  • Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir

    Paşinyanın "Qərb planı" iflasa uğradı: ...

    8-03-2025, 09:23

  • Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik təhdid altında

    Metsamor AES-də oğurluq: Regional təhlükəsizlik ...

    11-03-2025, 09:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (40)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.