• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video

  

“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video

Tarix : 18-04-2025, 10:51 Kateqoriya :Hadisə

“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video

“Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar”.

“Qafqazinfo”nun məlumatına, bu barədə aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində həlak olan tikinti sahəsinin rəisi Pərviz Həyatullayevin yanında olan işçilər bildiriblər.

“Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi”, - deyə, onlar söyləyiblər.

İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.

Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qeyd edək ki, 42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/207829.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib

    Yağışa görə ekskavatora sığındılar, onu da sel ...

    16-04-2025, 14:33

  • Yasamaldakı “vandal söküntü”nün detalları  –  Qalib Məmmədovu bu cəza gözləyir

    Yasamaldakı “vandal söküntü”nün detalları – Qalib ...

    28-03-2025, 11:42

  • Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

    Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - ...

    27-03-2025, 16:28

  • Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu cəsarət onda haradandır?

    Çörəyimizi yeyib millətimizi söyən “həkim” - bu ...

    13-03-2025, 09:48



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (27)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.