• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

  

Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

Tarix : 27-03-2025, 16:28 Kateqoriya :Hadisə

Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Yasamal rayonu Birinci Alatavayaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb: “Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib: 

"Əməliyyat şəraiti qiymətləndirilərkən dağıntı altında qalanın olmadığı müəyyən edilib".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib: 

"Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək".

Xatırladaq ki, sosial mediada Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • ƏHALİNİN NƏZƏRİNƏ: Bakıda gələn aydan böyük SÖKÜNTÜ BAŞLAYIR

    ƏHALİNİN NƏZƏRİNƏ: Bakıda gələn aydan böyük ...

    22-03-2025, 10:25

  • Bakıdakı məşhur bazar yandı

    Bakıdakı məşhur bazar yandı ...

    12-03-2025, 09:41

  • Şəhərsalma və İnkişafa Töhfə – Cavid Məmmədov

    Şəhərsalma və İnkişafa Töhfə – Cavid Məmmədov ...

    14-03-2025, 01:00

  • Bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı - SİYAHI

    Bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı - ...

    27-03-2025, 09:32

  • Avtobus dumanlı havada qəzaya düşdü - Video - Yenilənib

    Avtobus dumanlı havada qəzaya düşdü - Video - ...

    10-03-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.