• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hadisə » Məşhur markanın cipslərində həyati təhlükə: Təcili şəkildə bazardan yığışdırılır - FOTO

  

Məşhur markanın cipslərində həyati təhlükə: Təcili şəkildə bazardan yığışdırılır - FOTO

Tarix : 2-04-2025, 16:00 Kateqoriya :Hadisə

Məşhur markanın cipslərində həyati təhlükə: Təcili şəkildə bazardan yığışdırılır - FOTO

Məşhur cips brendi “Ruffles”ın məhsulları bazardan təcili şəkildə yığışdırılır.

Xarici KİV xəbər verir ki, bu barədə Qida Standartları Agentliyi (FSA) məlumat yayıb.

Məhsulun həyati baxımdan təhlükəli olduğu üçün yığışdırıldığı bildirilib.

Məlum olub ki, “3D Trading” şirkəti tərəfindən satılan “Ruffles Sabor a Jamón Crisps” çiplərinin allergen tərkibi ingilis dilində göstərilməyib.

Bu çipslərin tərkibində süd və soya var, lakin bu məlumat qablaşdırmada yer almadığından, allergiyası olan insanlar üçün ciddi sağlamlıq riski yaradır. 

Cipsin 150 qramlıq paketlərdə olan bütün tarixlər üzrə bütün partiyaları Şimali İrlandiya və Şotlandiyada yığışdırılıb.

İstehlakçılar hətta qəbz təqdim etmədən də məhsulu aldıqları mağazaya qaytarmaqla pulunu tam şəkildə geri ala bilərlər. “Anaphylaxis UK” süd və soya allergiyası olan şəxslərə xəbərdarlıq edib. Allergik reaksiyalar yüngül səpgidən həyati təhlükə yaradan anafilaksiyaya qədər dəyişə bilər.

Ciddi simptomlara aşağıdakılar daxildir: Boğazda, dildə və ya tənəffüs yollarında şişkinlik, nəfəs almaqda çətinlik, xırıltılı nəfəs, baş gicəllənməsi, zəiflik hissi, solğun, nəmli dəri və huşunu itirmə.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır

    Laboratoriyada istehsal olunan qidalar bazara ...

    11-03-2025, 16:00

  • Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? - DOSYE - FOTO

    Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı ...

    10-03-2025, 09:16

  • Azərbaycan və Şimali Makedoniya arasında yeni fürsətlər

    Azərbaycan və Şimali Makedoniya arasında yeni ...

    12-03-2025, 12:24

  • Yasamaldakı “vandal söküntü”nün detalları  –  Qalib Məmmədovu bu cəza gözləyir

    Yasamaldakı “vandal söküntü”nün detalları – Qalib ...

    28-03-2025, 11:42

  • Səttar Möhbalıyev: “Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin 30 illik tarixi var”

    Səttar Möhbalıyev: “Azərbaycan ilə Şimali ...

    13-03-2025, 09:59



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (40)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.