• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Rasim Kazımov: “Bakı Enerji Həftəsi” - regional sabitlik və qlobal tərəfdaşlıq platforması

  

Rasim Kazımov: “Bakı Enerji Həftəsi” - regional sabitlik və qlobal tərəfdaşlıq platforması

Tarix : 2-06-2026, 21:54 Kateqoriya :Cəmiyyət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 iyun 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı, 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci Baku Energy Forumun fəaliyyətinə dair öz geniş və əsaslı fikirlərini dünyaya çatdırmışdır. Ölkə Başçısının çıxışı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini – enerji təhlükəsizliyi, beynəlxalq tərəfdaşlıq, təbii qaz ixracının genişləndirilməsi və yaşıl enerji keçidini əhatə etmişdir. Çıxışda Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş mövqeyi və gələcək enerji strategiyasının prioritetləri ətraflı şəkildə təqdim olunmuşdur.

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoymuş beynəlxalq platformalardan biridir. Bu sərginin əsası 30 ildən artıqdır ki, qoyulmuşdur və bu müddətdə Azərbaycanın enerji strategiyasının qlobal miqyasda təqdim olunmasına mühüm töhfə vermişdir.

Ümumiyyətlə, 2026-cı il Azərbaycan enerji tarixində əlamətdar hadisələrlə yadda qalır. Bu il xüsusilə dünyanın ən iri qaz yataqlarından biri olan Şahdəniz yatağı üzrə müqavilənin imzalanmasının 30 ili tamam olur. Bu layihə Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinin güclənməsində mühüm rol oynamışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi çıxış edir. Son illərdə ölkənin təbii qaz ixracının əhəmiyyətli dərəcədə artdığının və Azərbaycanın enerji resurslarının getdikcə daha geniş coğrafiyaya çatdırıldığının şahidi oluruq.

Ölkəmizdə enerji təhlükəsizliyi bu gün milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və Azərbaycan öz tərəfdaşları qarşısında bütün öhdəliklərini uğurla yerinə yetirir. Ölkəmizin etibarlı enerji təchizatçısı kimi qazandığı nüfuz beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.

Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr də xüsusi yer tutur. Ölkəmiz yalnız neft və qaz istehsalçısı deyil, həm də yaşıl enerji keçidində fəal iştirak edən dövlətə çevrilmişdir. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi nəticəsində ölkənin enerji balansında təmiz enerjinin payının artırılması nəzərdə tutulmuşdir. Azərbaycanın zəngin bərpa olunan enerji potensialı, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr gələcəkdə ölkənin enerji ixrac imkanlarını daha da genişləndirəcəkdir.

Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının uğurlu nümunə olduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, ölkənin təşəbbüsü ilə reallaşdırılan transmilli enerji layihələri müxtəlif dövlətləri və şirkətləri vahid məqsəd ətrafında birləşdirib. Bu əməkdaşlıq həm regional sabitliyə, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verir.

Azərbaycanın agentliklərdəki beynəlxalq reytinqi ildən-ilə artır. Hazırkı vəziyyətə görə ölkəmizin artıq investisiya dərəcəli reytinqi vardır. Bu gün ölkədə yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən bir o qədər səviyyədədir. Dövlətimizin xarici borcu əhəmiyyətli dərəcədə azaldılmışdır və  dünyada ən aşağı xarici borclardandır hesab olunur. Eyni zamanda ölkə olaraq Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanmış ehtiyatlarımız xarici borcumuzdan 18 dəfə çoxdur. Bütün bunlar ölkənin təbii sərvətlərindən düzgün istifadə edilməsinə görə baş vermişdir.

Bu gün Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək mümkün deyil. Ötən ilə nisbətən Azərbaycan qazını alan ölkələrin sayı artaraq 16-ya çatmışdır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsaq görərik ki, ölkəmiz dünyada bu istiqamətdə birincidir. Azərbaycanda xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəyi də planlaşdırılır.

Beləliklə, düzgün enerji siyasəti Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verir. Otuz il bundan öncə ölkəyə investorlar cəlb edilirdisə, hazırda öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcəkdir. Bundan başqa, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır.

Həmçinin, “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir.

Nəticə etibarilə, Bakı Enerji Həftəsi Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu nümayiş etdirir və ölkənin etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. Tədbir enerji sahəsində yeni əməkdaşlıqların və strateji tərəfdaşlıqların qurulmasına şərait yaradır. Həmçinin, Dünyanın müxtəlif ölkələrindən yüzlərlə şirkət və investorun iştirakı Azərbaycanın enerji layihələrinə marağı artırır, yeni müqavilələrin və investisiya sazişlərinin imzalanmasına imkan yaradır.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji sahəsində uğurlarının təntənəsidir”

    Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi ...

    5-06-2025, 10:40

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”

    Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji ...

    6-06-2025, 10:00

  • Eltun Süleymanov: "Azərbaycanın enerji sektorundakı əsas məqsədi yalnız enerji istehsalını artırmaq deyil, həm də bu istehsalın təmiz və davamlı olmasını təmin etməkdir"

    Eltun Süleymanov: "Azərbaycanın enerji ...

    14-03-2025, 12:15

  • Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi deyil, eyni zamanda alternativ və bərpa olunan enerji sahəsində regional mərkəz kimi mövqelənmək niyyətindədir

    Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi ...

    5-03-2026, 11:35



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (77)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.