• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”

  

Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”

Tarix : 6-06-2025, 10:00 Kateqoriya :---
Kamaləddin Qafarov: “Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir”
 
“İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur”.
 
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 
O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. “Mərasimdə çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib.”
 
Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: “Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsinin də dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir”.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına rəğmən, Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    4-06-2025, 10:57

  • Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji sahəsində uğurlarının təntənəsidir”

    Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi ...

    5-06-2025, 10:40

  • Azərbaycan qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir

    Azərbaycan qlobal səviyyədə aparıcı dövlətə ...

    3-06-2025, 16:20

  • Eltun Süleymanov: "Azərbaycanın yaşıl enerji diplomasiyası və COP29-dan qlobal liderliyə doğru"

    Eltun Süleymanov: "Azərbaycanın yaşıl enerji ...

    2-06-2025, 19:57

  • Enerji ilə güclənən Vətən və yaşıl gələcəyə ucalan Azərbaycan

    Enerji ilə güclənən Vətən və yaşıl gələcəyə ...

    5-06-2025, 19:19



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.