• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: Ağdam yeni inkişaf mərhələsindədir

  

Kamaləddin Qafarov: Ağdam yeni inkişaf mərhələsindədir

Tarix : 20-11-2026, 10:07 Kateqoriya :---

Kamaləddin Qafarov: Ağdam yeni inkişaf mərhələsindədir

“Birinci Qarabağ savaşında Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 1993-cü il iyulun 23-də rayon ərazisinin 73 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələndi.” 

Bu sözləri 20 noyabr Ağdam şəhəri günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
          
O, xatırladıb  ki, rayon mərkəzi və 90 kənd düşmənin nəzarətinə keçdi, 128 min insan doğma yurdunu tərk edərək məcburi köçkünə çevrildi. “Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 6 mindən artıq soydaşımız şəhid oldu, minlərlə insan yaralandı. Rayon sakinləri Azərbaycanın müxtəlif rayonlarında yerləşən yüzlərlə yaşayış məntəqəsində məskunlaşaraq uzun illər doğma torpaqlarından uzaqda yaşamaq məcburiyyətində qaldılar. İşğalın ilk günlərindən beynəlxalq ictimaiyyətin müəyyən etiraz mövqeyi nümayiş etdirməsinə baxmayaraq, bu münasibət real nəticələr vermədi. Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymadı, qəbul edilmiş qətnamələrin icrasından yayındı. Bununla kifayətlənməyən işğalçı dövlət Cenevrə Konvensiyalarını da kobud şəkildə pozaraq zəbt etdiyi ərazilərdə qanunsuz fəaliyyətini davam etdirdi. Ağdamın coğrafi adlarının dəyişdirilməsi, mülkiyyətin talan olunması, yaşayış məntəqələrinin və təbii sərvətlərin məhv edilməsi bu siyasətin tərkib hissəsi idi. Təəssüf ki, BMT və digər beynəlxalq qurumlar Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün təsirli tədbirlər görmədilər. Nəticədə Azərbaycan uzun illər pozulmuş hüquqlarını və ərazi bütövlüyünü öz gücü hesabına bərpa etmək məcburiyyətində qaldı.” 
        
Millət vəkili bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini, xalqımızın birliyini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən müharibə tarixi Zəfərimizlə başa çatdı. Bu qələbə yalnız döyüş meydanında qazanılmış hərbi uğur deyil, həm də beynəlxalq siyasi müstəvidə Azərbaycanın haqlı mövqeyinin təsdiqi idi. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış qətnamələrinin yerinə yetirilməsini də təmin etdi. Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış tarixi üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, şəhərin və rayonun işğaldan azad edilməsi yeni hərbi əməliyyatlara ehtiyac qalmadan, siyasi-diplomatik səylərin də mühüm nəticəsi kimi gerçəkləşdi və əlavə insan tələfatının qarşısı alındı. Bu əlamətdar hadisənin tarixi yaddaşımızda xüsusi yer tutması üçün dövlət səviyyəsində mühüm qərarlar qəbul edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olundu. Həmin Sərəncama əsasən, noyabrın 20-si Ağdam şəhəri Günü kimi müəyyən edildi. Bu qərar Ağdamın azadlığına verilən siyasi və mənəvi qiymətin ifadəsi olmaqla yanaşı, xalqımızın tarixi yaddaşının qorunmasına xidmət edir. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Vaxtilə erməni vandalizminin qurbanına çevrilmiş Ağdam indi dövlətimizin gücü, xalqımızın quruculuq əzmi və Böyük Qayıdış strategiyası sayəsində yenidən dirçəlir. 20 Noyabr – Ağdam şəhəri Günü bu baxımdan həm tarixi ədalətin bərpasının, həm də Azərbaycanın gələcəyə inamla addımlamasının rəmzidir”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • AQEM-in Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq əməkdaşlıq və etimadın möhkəmləndirilməsi istiqamətində mövqeyini gücləndirir

    AQEM-in Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq ...

    17-10-2026, 12:44

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər - Rəşad Nəsirov yazır

    Rəqəmsal transformasiya dövründə Azərbaycan ...

    4-11-2026, 14:47



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

Noyabr 2026 (43)
Oktyabr 2026 (156)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı