• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Zirvə görüşü mühüm məqamlarla yadda qaldı

  

Zirvə görüşü mühüm məqamlarla yadda qaldı

Tarix : 17-10-2026, 12:50 Kateqoriya :---

Zirvə görüşü mühüm məqamlarla yadda qaldı


Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Zirvə Görüşü təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi, müxtəlif regionlarda münaqişələrin davam etdiyi və dövlətlər arasında qarşılıqlı etimadın sınağa çəkildiyi bir dövrdə Asiya ölkələrinin yüksək səviyyəli görüşü üçüncü tərəflərlə dialoq və ortaq maraqların müzakirəsi baxımından mühüm platformadır. Tədbirin əhəmiyyəti yalnız iştirakçıların yüksək səviyyəsi və coğrafi təmsilçiliklə məhdudlaşmır. Müxtəlif siyasi mövqelərə malik dövlətlərin eyni platformada təmsil olunması, onların ortaq problemləri müzakirə etməsi və mümkün razılaşmalar üzərində işləməsi çoxtərəfli diplomatiyanın real imkanlarını nümayiş etdirir. Cənab İlham Əliyev bu platformadan regionda mövcud vəziyyəti, Azərbaycanın dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün keçdiyi yolu, hazırkı dövrün çağırışlarını diqqətə çatdıraraq qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyini bildirdi. Azərbaycanın davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini bildirən cənab İlham Əliyev vurğuladı ki, ölkəmiz dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Azərbaycan 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlardan qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından bəhs edən Prezident İlham Əliyev vurğuladı ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. 2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etmişdir. Bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı. Müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı. Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü dedi. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu.

Cənab İlham Əliyev bildirdi ki, biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • AQEM-in Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq əməkdaşlıq və etimadın möhkəmləndirilməsi istiqamətində mövqeyini gücləndirir

    AQEM-in Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq ...

    17-10-2026, 12:44

  • Eltun Süleymanov:"AQEM beynəlxalq dialoqun gücləndirilməsində mühüm platformadır"

    Eltun Süleymanov:"AQEM beynəlxalq dialoqun ...

    16-10-2026, 12:09

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı