• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır

  

Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır

Tarix : 9-10-2026, 11:10 Kateqoriya :---

Kamaləddin Qafarov:  İki region arasında yeni əlaqələr məkanı formalaşır

“Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə qazandığı dinamika artıq ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusu deyil.” 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
        
 O, bildirib ki, sözügedən  münasibətlər ortaq maraqları və etimadı birləşdirən əməkdaşlıq məkanına çevrilməkdədir. “Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu prosesin məntiqi davamı oldu. Prezident İlham Əliyevin toplantıdakı çıxışı Azərbaycanın regionla əlaqələrində yeni mərhələnin mahiyyətini aydın göstərdi. Bu mərhələnin mühüm hadisələrindən biri Azərbaycanın 2025-ci ilin noyabrında Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi oldu. Qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın regionda qazandığı siyasi etimadın göstəricisidir. Tarixi-mədəni bağlarla yanaşı, iqtisadi maraqlar, nəqliyyat və enerji əməkdaşlığı bu münasibətləri möhkəm siyasi dayaqlara söykəndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bunu Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü körpünün yaranması kimi qiymətləndirmişdi.”        
     
Millət vəkili göstərib ki, Azərbaycanın bu formata qoşulması iki region arasında yeni əlaqələr məkanının formalaşmasına imkan verir. “Tarixən Böyük İpək Yolunun müxtəlif qollarını birləşdirən ərazilər bu gün müasir nəqliyyat xətləri və enerji layihələri ilə yenidən bir-birinə bağlanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya bu gün Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpü rolunu oynayır. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin oktyabrında Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Orta Dəhlizin inkişafına dair birgə layihənin təqdim edilməsi bu istiqamətdə mühüm addım idi. Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən bu marşrutun imkanlarının genişlənməsi regional ticarətin inkişafına xidmət edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu isə onu həmin sistemin əsas həlqələrindən birinə çevirir. Əlaqələrin dərinliyi iqtisadi münasibətlərin strukturunda da görünür. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə bildirdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Beləliklə, münasibətlər ticarətdən qarşılıqlı investisiya və birgə istehsal mərhələsinə keçir. Dövlət başçısının “yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikri gələcəyə hesablanmış yanaşmanı ifadə edir. Bu, tərəfdaşlığın iqtisadi dayanıqlığını artıracaq.”

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab Prezident İlham Əliyevin İnvestisiya Strategiyasında Gələcəyin Konturları

    Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab ...

    29-09-2026, 09:47

  • Yeni Azərbaycanın siyasi xəritəsi: VIII Qurultaydan gələcəyə baxış

    Yeni Azərbaycanın siyasi xəritəsi: VIII ...

    6-10-2026, 15:45

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı