• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Tarixi Zəfərdən sonra keçirilən VIII Qurultay

  

Tarixi Zəfərdən sonra keçirilən VIII Qurultay

Tarix : 6-10-2026, 15:48 Kateqoriya :---

Tarixi Zəfərdən sonra keçirilən VIII Qurultay

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını əks etdirən mühüm siyasi hadisədir. Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsidir.
Uzun illər ərzində Azərbaycan xalqının qarşısında duran ən mühüm məsələlərdən biri işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər bu məqsədə gedən yolda tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın möhkəm birliyi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Şuşanın azad olunması isə qələbənin taleyini müəyyən edən mühüm hadisələrdən biri oldu.
Lakin Azərbaycanın qarşısında suverenliyin tam bərpası vəzifəsi də dayanırdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa edildi. Bununla Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı qarşısında duran ən mühüm tarixi məsələlər öz həllini tapdı.
Məhz belə bir tarixi şəraitdə keçirilən YAP-ın VIII Qurultayı xüsusi əhəmiyyət daşıyır. Çünki bu qurultay artıq qalib və öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın yeni reallıqlarını nümayiş etdirir. Qarşıda isə daha böyük hədəflər – azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, ölkənin iqtisadi və sosial inkişafının sürətləndirilməsi dayanır.
Qurultay həm də xalqımızın dövlətçilik ənənələrinə və milli birliyə sadiqliyinin göstəricisidir. Azərbaycanın əldə etdiyi tarixi Zəfər xalq-dövlət birliyinin, milli iradənin və məqsədyönlü siyasətin mühüm nəticəsi kimi qiymətləndirilə bilər. Bu birlik ölkəmizin gələcək inkişafının da əsas dayaqlarından biridir.
Bu baxımdan, YAP-ın VIII Qurultayını yalnız siyasi partiyanın növbəti qurultayı kimi deyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət kimi yeni siyasi mərhələyə qədəm qoymasının mühüm göstəricisi kimi dəyərləndirmək olar.
Sabunçu qəsəbəsi ,170 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəliyeva Lamiyə.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Yeni Azərbaycanın siyasi xəritəsi: VIII Qurultaydan gələcəyə baxış

    Yeni Azərbaycanın siyasi xəritəsi: VIII ...

    6-10-2026, 15:45

  • 3 Oktyabr 1993: Dövlətçilik tariximizin mühüm dönüş nöqtəsi

    3 Oktyabr 1993: Dövlətçilik tariximizin mühüm ...

    1-10-2026, 10:14

  • İlham Əliyevin siyasi fəaliyyətində dövlətçilik və Azərbaycanın strateji inkişafı

    İlham Əliyevin siyasi fəaliyyətində dövlətçilik ...

    6-10-2026, 16:10

  • Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab Prezident İlham Əliyevin İnvestisiya Strategiyasında Gələcəyin Konturları

    Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab ...

    29-09-2026, 09:47



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı