• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycanın iqtisadi potensialı yeni mərhələdə

  

Azərbaycanın iqtisadi potensialı yeni mərhələdə

Tarix : 29-09-2026, 10:03 Kateqoriya :---

Azərbaycanın iqtisadi potensialı yeni mərhələdə


Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsində çıxışı isə ölkənin iqtisadi inkişafının keçdiyi yolu, mövcud imkanları və gələcək üçün müəyyənləşdirilən strateji istiqamətləri kompleks şəkildə təqdim etdi. Cənab Prezidentin çıxışında diqqəti çəkən əsas məqamlardan biri Azərbaycanın investisiya mühitinin formalaşmasının təsadüfi proses olmadığına dair ortaya qoyulan konseptual yanaşmadır. Ölkədə uzun illər ərzində yaradılmış siyasi və iqtisadi sabitlik, müstəqil maliyyə sistemi, infrastrukturun inkişafı və proqnozlaşdırılan biznes mühiti bu gün Azərbaycanın beynəlxalq investorlar üçün daha geniş imkanlar təqdim etməsinə şərait yaradıb.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkənin beynəlxalq investisiya məkanında formalaşdırdığı etimadın mühüm göstəricilərindəndir. Burada söhbət yalnız maliyyə resurslarının cəlb edilməsindən getmir. Bu, eyni zamanda, Azərbaycanın uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq, investorlara sabit və proqnozlaşdırılan mühit təqdim etmək imkanlarının göstəricisidir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri ondan ibarətdir ki, Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə kimi deyil, regional iqtisadi əlaqələrin və yeni təchizat zəncirlərinin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.
Dövlət başçımız çıxışında iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsinin logistika, nəqliyyat və bağlantılar olduğunu, Azərbaycanın fiziki infrastruktur yaratdığını, investorlar üçün daha an¬la¬şılan biznes mühiti formalaşdırdığını, dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşu¬lar¬la birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışdığımızı da bildirərək qeyd etdi ki, “Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər”.
Prezident İlham Əliyev də forumdakı çıxışında bildirdi ki, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Dövlət başçısı növbəti mərhələdə əsas məqsədlərdən birinin neft-qaz sektorundan kənar potensialdan istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq olduğunu qeyd etdi. Forumda da Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu. Belə ki, əsas istiqamətlərdən biri bərpaolunan enerjidir. Diqqətə çatdırıldı ki, Azərbaycanın Xəzər dənizindəki sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində ölkənin bütün ərazilərində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qazın daha çox ixrac üçün yönəldilməsi hədəflənir. Bu baxımdan yaşıl enerji həm də yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir. Burada söhbət həm də ötürücü xətlərin, enerjisaxlama sistemlərinin və beynəlxalq enerji bağlantılarının da böyük investisiya potensialından gedir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Qara dəniz kabeli kimi layihələr bu istiqamətdə regional əməkdaşlığın genişləndiyini göstərir.
Azərbaycanın son onilliklərdə formalaşdırdığı sabitlik, enerji və nəqliyyat infrastrukturu, maliyyə imkanları və regional əməkdaşlıq platformaları bu yeni mərhələnin bazasını təşkil edir. Qarşıdakı əsas məsələ isə həmin bazadan istifadə etməklə investisiya axınlarını daha geniş iqtisadi sahələrə yönəltmək, qeyri-neft ixracının payını artırmaq və Azərbaycanın regional iqtisadi bağlantılarda rolunu daha da genişləndirməkdir. Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təkcə investisiya imkanlarının təqdim olunduğu tədbir deyil, həm də Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsinə dair strateji baxışların beynəlxalq biznes ictimaiyyətinə çatdırıldığı mühüm platforma kimi qiymətləndirilə bilər.
Araz Xudadanov – YAP Sabunçu rayon təşkilatının sədri
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab Prezident İlham Əliyevin İnvestisiya Strategiyasında Gələcəyin Konturları

    Azərbaycanın Yeni İqtisadi Yüksəliş Xətti: Cənab ...

    29-09-2026, 09:47

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Azərbaycanın yeni investisiya gündəliyi və regional iqtisadi imkanları

    Azərbaycanın yeni investisiya gündəliyi və ...

    29-09-2026, 09:49

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı