Fakt Sübut » AZƏRBAYCAN-ÖZBƏKİSTAN STRATEJİ TƏRƏFDAŞLIĞI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə – ali strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirmişdir. Səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilmiş, dövlət başçılarının qarşılıqlı təltifolunma mərasimi baş tutmuşdur: Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini Azərbaycan Prezidentinə təqdim etmiş, Prezident İlham Əliyev isə Özbəkistanın dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etmişdir.
İkitərəfli münasibətlər həm mənəvi, həm də maddi təməllər üzərində qurulmuşdur. Prezident Şavkat Mirziyoyevin və Özbəkistan dövlətinin işğaldan azad edilmiş ərazilərimizin bərpasına – xüsusilə Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisinə və Xankəndidə tikiş fabrikinə yatırılan investisiyalara müstəsna töhfə verdiyi xüsusi vurğulanmışdır.
Geosiyasi və Geoiqtisadi Sinerji: Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması geniş geosiyasətin mühüm amilinə çevrilmişdir. Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi region kimi böyük inkişaf imkanlarına malikdir.
İkitərəfli münasibətlərin inkişafı üçün dəqiq fəaliyyət planı mövcuddur. İki ölkənin hökumətlərinin rifah və inkişaf naminə səyləri birləşdirməsi gələcək uğurların təminatıdır. Səfər çərçivəsində imzalanmış sənədlər və yeni layihələrin təməlinin qoyulması qardaş xalqlarımızı daha da yaxınlaşdıracaqdır.
N.Nərimnaov adına 128 N-li tam orta ümumtəhsil məktəbi
Fransız dili müəllimi Zərdablı Günel
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
31-07-2025, 14:58
22-04-2025, 17:42
19-03-2025, 09:00
Dünən, 11:45