• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasına mühüm töhfələr verir

  

Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasına mühüm töhfələr verir

Tarix : 25-08-2026, 16:01 Kateqoriya :---

Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasına mühüm töhfələr verir

Son illərdə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında münasibətlərin inkişaf dinamikası göstərir ki, tərəflər dərindən düşünülmüş, uzaqgörən və çoxşaxəli strateji xətt yürüdürlər. Əsrlərdən gələn ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər bu gün müasir geostrateji reallıqlarla tamamilə zənginləşib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki qardaş ölkə arasında formalaşan bu kompleks və çoxşaxəli əməkdaşlıq modelinin hərtərəfli mənzərəsini ortaya qoyur.
Azərbaycan və Özbəkistan arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin təməlində dövlət başçıları — Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və dərin etimad mühiti dayanır. Liderlərin müntəzəm təmasları və siyasi iradəsi ikitərəfli əlaqələrin sürətli inkişafının əsas lokomotividir.
Səfər çərçivəsində imzalanan digər sənədlər də əməkdaşlığın konkret sahələr üzrə genişləndirilməsinə xidmət edir. Turizm, pensiya təminatı, gömrük, xarici işlər, dövlət xidmətləri və digər istiqamətləri əhatə edən sənədlərlə yanaşı, Xankəndi–Ürgənc, Naxçıvan–Ürgənc və Laçın–Buxara şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması barədə protokolların imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu addımlar Azərbaycanın müxtəlif şəhərləri ilə Özbəkistanın şəhərləri arasında birbaşa humanitar və mədəni əlaqələrin inkişafına yeni imkanlar açır.
Səfərin Azərbaycan üçün əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan bu gün Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm əlaqələndirici rol oynayır. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və dinamik inkişaf edən dövlətlərindən biridir. Bu iki ölkənin əməkdaşlığının dərinləşməsi Xəzər dənizi hövzəsindən Mərkəzi Asiyaya, oradan isə Avropaya uzanan nəqliyyat və logistika imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər. Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında nəqliyyat, logistika, ticarət və enerji sahələrində əməkdaşlığın genişlənməsi yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə regionun iqtisadi fəallığının artmasına xidmət edir. Prezident İlham Əliyevin səfər zamanı Mərkəzi Asiya və Azərbaycanın böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu vurğulaması da bu əməkdaşlığın daha geniş perspektivlərə malik olduğunu göstərir.
Azərbaycan-Özbəkistan tərəfdaşlığı müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara söykənən nümunəvi müttəfiqlik modeli kimi inkişaf etməkdədir.
Alidə Aslanova – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • “Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının yüksələn strateji dayağı”

    “Bakı–Daşkənd müttəfiqliyi: Türk dünyasının ...

    24-08-2026, 11:45

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı