Fakt Sübut » Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsindədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bir daha nümayiş etdirib.
Özbəkistanın son illərdə əldə etdiyi sürətli inkişaf Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Cənab Prezident İlham Əliyev qeyd edib ki, Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu inkişafın ölkənin iqtisadi potensialının gücləndirilməsi, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən islahatların nəticəsi olduğu vurğulanıb.
Azərbaycan–Özbəkistan münasibətləri yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır. İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorunda bir sıra layihələr həyata keçirilir. Qarşılıqlı investisiyaların genişləndirilməsi və yeni layihələrin reallaşdırılması ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında xalqlarımızın tarixi, milli və mənəvi yaxınlığı xüsusi rol oynayır. Bu əlaqələrin inkişafında qarşılıqlı hörmət və etimad mühüm amildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki ölkə arasındakı münasibətlərin həm mənəvi, həm də maddi təmələ söykəndiyini vurğulayıb.
Özbəkistanın Qarabağın bərpası prosesində iştirakı da iki ölkə arasındakı qardaşlıq münasibətlərinin əyani göstəricisidir. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyaların yatırılması Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr sırasındadır. Bu layihələr Azərbaycan və Özbəkistan arasında dostluğun və həmrəyliyin real nümunəsidir.
Hazırda iki ölkə arasında gələcək əməkdaşlığın inkişafı üçün konkret fəaliyyət planları mövcuddur. Bakı və Daşkəndlə yanaşı, digər regionlarda da birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. İnvestisiya fondlarının fəaliyyəti, turizm infrastrukturuna və avtomobil sənayesinə yatırılan sərmayələr iqtisadi əməkdaşlığın daha geniş miqyas almasına imkan yaradır.
Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlıq formatında fəal iştirakı da xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkələrimizin iqtisadi və geosiyasi imkanlarını artırmaqla yanaşı, regionda sülh, sabitlik və inkişaf üçün yeni perspektivlər yaradır. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsində Özbəkistanın mühüm rolu olduğu vurğulanır.
Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, dövlətlərarası görüşlər və imzalanan sənədlər də mühüm rol oynayır. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi, iki ölkə prezidentlərinin təltifolunma mərasimi və müxtəlif sənədlərin imzalanması əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
Azərbaycan Respublikasının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və xarici siyasət kursu Azərbaycanın dost və qardaş dövlətlərlə münasibətlərinin inkişafı üçün möhkəm əsas yaradıb. Bu gün həmin siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik inkişafı da bu ardıcıl və məqsədyönlü siyasətin nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Beləliklə, Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Siyasi, iqtisadi və humanitar sahələrdə genişlənən əməkdaşlıq, qarşılıqlı investisiyalar və həyata keçirilən birgə layihələr iki qardaş ölkənin gələcəkdə də birgə uğurlar əldə edəcəyinə inam yaradır. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edərək regionun tərəqqisinə mühüm töhfə verəcək.
Şəhid Müşfiq Orucov adına 213 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
31-07-2025, 14:58
22-04-2025, 17:42
26-04-2025, 14:36
24-08-2026, 11:45