• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan—Özbəkistan münasibətlərində yeni mərhələ

  

Azərbaycan—Özbəkistan münasibətlərində yeni mərhələ

Tarix : Bu gün, 11:44 Kateqoriya :---
Azərbaycan—Özbəkistan münasibətlərində yeni mərhələ
 
Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Azərbaycan və Özbəkistan arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi münasibətlər iki ölkənin strateji əməkdaşlığının institusional əsaslarının gücləndirilməsinə mühüm töhfə vermişdir. Dövlətlərarası münasibətlərin siyasi səviyyədə möhkəmlənməsi qarşılıqlı səfərlərin intensivləşməsi və yeni hüquqi sənədlərin imzalanması ilə müşayiət olunmuşdur.
Cənab Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin müasir inkişaf dinamikasını və gələcək perspektivlərini sistemli şəkildə qiymətləndirməyə imkan verir.
Cənab Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib:
“Son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı üçün əlverişli şərait yaradır. Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram”.
Cənab Prezident vurğulayıb ki, 2024-cü ilin avqustunda və 2025-ci ilin iyulunda reallaşan qarşılıqlı dövlət səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil dövlət arasında təbii müttəfiqliqliyi rəsmən möhkəmləndirib. Ayrıca, 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətdir. Hər iki dövlət TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq mexanizmi deyil, eyni zamanda ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcək nəsillərə çatdıran mühüm platforma kimi qiymətləndirir.
Eyni zamanda, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Cənab Prezidenti İlham Əliyev Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə azad edilmiş ərazilərə göstərdikləri dəstəyə görə təşəkkür edib. Dövlət başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində deyib:
"Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Ölkələr arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk".
Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud inkişaf səviyyəsi iki qardaş dövlət arasında qarşılıqlı etimadın, siyasi iradənin və strateji maraqların uzlaşmasının nəticəsidir. Qarşıdakı dövrdə iqtisadiyyat, investisiya, energetika, nəqliyyat, rəqəmsallaşma, təhsil, elm və mədəniyyət sahələrində yeni layihələrin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil məktəbin əməkdaşı Səbinə Bayramova.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ: qardaşlıqdan strateji müttəfiqliyə

    Azərbaycan-Özbəkistan münasibətlərində yeni ...

    Bu gün, 11:55

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (66)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı