Fakt Sübut » Azərbaycan-Türkmənistan münasibətlərində yeni mərhələ

Tarixi Bağlar və Strateji Tərəfdaşlıq 2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və qədim tarixi-mədəni bağların növbəti nümayişinə çevrilmişdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu səfərin regional əməkdaşlığın, nəqliyyat-logistika layihələrinin və geosiyasi tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən etdiyini və ikitərəfli əlaqələri yeni bir mərhələyə daşıdığını vurğulamışdır. Dövlət başçısı öz çıxışında Türkmən xalqının Ümummilli Lideri, Arkadağ Qurbanqulu Berdiməhəmmədova Qarabağın bərpası prosesində göstərdiyi qardaşlıq köməyinə görə xüsusi minnətdarlığını bildirmişdir. Bu kontekstdə Füzuli şəhərində yeni məscidin inşasına başlanılması qardaşlıq münasibətlərinin bariz göstəricisidir. Eyni zamanda, Bakı və Aşqabad şəhərlərinin qardaşlaşması kimi, Füzuli və Arkadağ şəhərlərinin də qardaş şəhərlər elan edilməsi bu birliyin regional müstəvidə inzibati təzahürüdür. Görüş çərçivəsində iqtisadi, ticarət və strateji sahələrdə konkret tapşırıqlar verilmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, növbəti ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiyanın iclasına qədər qəbul olunmuş qərarlar hərtərəfli işlənib hazırlanacaqdır. Bununla yanaşı, Aşqabad və Arkadağda keçirilən Azərbaycan Mədəniyyəti Günləri, eləcə də Bakı və Gəncədə reallaşan Türkmənistan Mədəniyyət Günləri iki ölkə arasındakı siyasi ittifaqın ən güclü mənəvi sütununu təşkil edir. Səfərin mühüm siyasi aspektlərindən biri də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsində Türkmənistanın göstərdiyi fəal dəstəkdir. Azərbaycanın region ölkələri ilə dərin mədəni, tarixi və nəqliyyatlogistika əlaqələri bu inteqrasiyanı təbii zərurətə çevirir və böyük Mərkəzi Asiya regionunun vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər formalaşdırır. Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri Bakı və Aşqabadın regional arenada strateji hədəfləri bölüşən iki qardaş dövlət olduğunu bir daha sübut etdi. Siyasi dialoqun yüksək səviyyəsi, nəqliyyat-logistika potensialının gücləndirilməsi və mədəni inteqrasiya, hər iki ölkənin gələcək rifahına və geniş coğrafiyada sabitliyin qorunmasına mühüm töhfələr verməkdə davam edəcəkdir.
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Mail Kərimov
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
Dünən, 12:27
Dünən, 12:28
26-04-2025, 14:36
27-08-2025, 23:56