• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan ilə Türkmənistan arasında tarixi köklərə, mədəni və mənəvi yaxınlığa əsaslanan münasibətlər son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur

  

Azərbaycan ilə Türkmənistan arasında tarixi köklərə, mədəni və mənəvi yaxınlığa əsaslanan münasibətlər son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur

Tarix : Dünən, 12:27 Kateqoriya :---

Azərbaycan ilə Türkmənistan arasında tarixi köklərə, mədəni və mənəvi yaxınlığa əsaslanan münasibətlər son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatı strateji tərəfdaşlığın yeni mərhələsini əks etdirir Azərbaycan ilə Türkmənistan arasında tarixi köklərə, mədəni və mənəvi yaxınlığa əsaslanan münasibətlər son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və əldə edilən razılaşmalar mühüm rol oynamışdır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana rəsmi səfəri də bu baxımdan əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla çıxış edərək iki qardaş ölkə arasındaki əməkdaşlığın geniş spektrini əhatə edən mühüm fikirlər səsləndirmişdir. Cənab Prezident İlham Əliyev bəyanatında ilk növbədə Qarabağın bərpası prosesində göstərdiyi köməyə görə Türkmənistana və şəxsən Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova təşəkkürünü bildirmişdir. Qeyd edildiyi kimi, ötən ilin iyul ayında ölkəmizə səfər zamanı Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü irəli sürülmüş və artıq bu tikintiyə start verilmişdir. Dövlət başçısı bu addımı Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş türkmən xalqının Azərbaycana səmimi dostluğunun bariz nümunəsi kimi dəyərləndirmişdir. Bəyanatda xüsusi yer tutan məsələlərdən biri də Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində göstərdiyi fəal dəstəyə görə təşəkkürdür. Prezident İlham Əliyev bunu tarixi hadisə kimi xarakterizə edərək bildirmişdir ki, Azərbaycan coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasa da, mədəni və tarixi əlaqələr, eləcə də regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika sahəsində həll edilən konkret məsələlər böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaratmışdır. Dövlət başçısı çıxışında siyasi qarşılıqlı fəaliyyətin əməkdaşlığın əsas hərəkətverici qüvvəsi olduğunu vurğulamışdır. Onun sözlərinə görə, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait tərəflərin səylərini birləşdirməyə imkan verməzdi. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın artıq uzunmüddətli xarakter daşıdığı qeyd olunmuş, bunun təkcə iki ölkə üçün deyil, qonşu dövlətlər və geniş bir coğrafiya üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Prezident İlham Əliyev dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının çox olmadığını xatırladaraq, bu istiqamətdə əldə olunan nəticələrin böyük nailiyyət olduğunu bildirmişdir. Bəyanatda həmçinin Azərbaycan və Türkmənistanın geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik olan iki ölkə kimi səylərini birləşdirmək niyyətində olduğu vurğulanmışdır. Dövlət başçısı qardaş türkmən xalqını və onun rəhbərliyini sosialiqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmiş, uzun illər ərzində Türkmənistana dəfələrlə səfər etdiyini, ölkənin davamlı inkişafına, şəhərlərin yaxşılaşmasına, infrastrukturun və turizmin qurulmasına şahidlik etdiyini bildirmişdir. Mədəni və mənəvi əlaqələrin münasibətlərin möhkəm təməlini təşkil etdiyi bəyanatda xüsusi qeyd olunmuşdur. Bildirilmişdir ki, tərəflər müntəzəm olaraq yaradıcı kollektivlərin qarşılıqlı çıxışlarını təşkil edir. Bu yaxınlarda həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirilmiş, keçən il isə Türkmənistanın mədəniyyət xadimləri Bakıda və Gəncədə təşkil olunan Mədəniyyət Günlərində iştirak etmişlər. Aşqabad, Arkadaq və Füzulinin qardaş şəhərlər olması da bu mənəvi yaxınlığın daha bir göstəricisi kimi vurğulanmışdır. Prezident İlham Əliyev çıxışının sonunda bildirmişdir ki, səfər çərçivəsində bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmış və konkret tapşırıqlar verilmişdir. O, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu tapşırıqların hərtərəfli işlənib hazırlanacağına və tərəflərin yeni birgə layihələrin reallaşdırılması mərhələsinə keçəcəyinə əminliyini ifadə etmişdir. Beləliklə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və bu səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat AzərbaycanTürkmənistan münasibətlərinin yalnız ikitərəfli formatda deyil, həm də regional səviyyədə yeni perspektivlər açdığını bir daha təsdiqləmişdir. Siyasi, iqtisadi, nəqliyyatlogistika və mədəni sahələrdə əldə olunan razılaşmalar iki qardaş xalqın əməkdaşlığının davamlı və dinamik inkişafına xidmət edəcəkdir.
Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin
Uşaq Birliyi rəhbəri İbrahimova Aynur

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (118)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.