• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » İntensiv bağçılıq sahəsində azad edilmiş torpaqlarda, xüsusilə Zəngilanın Ağalı kəndi yaxınlığında salınmış meyvə bağları uğurlu nümunədir

  

İntensiv bağçılıq sahəsində azad edilmiş torpaqlarda, xüsusilə Zəngilanın Ağalı kəndi yaxınlığında salınmış meyvə bağları uğurlu nümunədir

Tarix : 26-05-2026, 12:44 Kateqoriya :---

İntensiv bağçılıq sahəsində azad edilmiş torpaqlarda, xüsusilə Zəngilanın Ağalı kəndi yaxınlığında salınmış meyvə bağları uğurlu nümunədir

Müasir dövrdə qlobal çağırışlar və ərzaq təhlükəsizliyi aqrar sektorun elmi əsaslarla idarə olunmasını zəruri edir. Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Əsas məqsəd məhsuldarlığı artırmaq və torpaqların dəqiq analizini aparmaqdır. Rayonlaşma prinsiplərinə uyğun olaraq, hər bir bölgənin iqlim və torpaq strukturuna müvafiq məhsulun yetişdirilməsi əsas götürülür. Bu
proseslərdə rəqəmsallaşma, elektron verilənlər bazası və peyk imkanlarından geniş istifadə edilir.
Bu çərçivədə hər bir əkin sahəsinin xüsusi torpaq pasportunun hazırlanması nəzərdə tutulur. Dövlətin aqrar siyasəti daxili tələbatı tam ödəməklə yanaşı, ixrac bazarlarının şaxələndirilməsinə yönəlmişdir. Fermerlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə tətbiq olunan çevik subsidiyalaşdırma mexanizmləri uzunmüddətli və sabit şərtlərlə həyata keçirilir.
Kənd təsərrüfatında yüksək məhsuldarlıq birbaşa texniki təminatın səviyyəsindən asılıdır. Son illərdə Azərbaycanda texnika parkı tamamilə yenilənmiş, fermerlərin lizinq şərtləri ilə müasir aqrar maşınlara çıxışı təmin olunmuşdur. Digər mühüm istiqamət yerli gübrə istehsalıdır. Karbamid zavodunun fəaliyyəti sayəsində azot gübrəsinə olan daxili tələbat ödənilir və ixrac həyata keçirilir. Eyni zamanda, qarışıq gübrə istehsalının
ölkəmizdə təşkili istiqamətində addımlar atılır.
İstehsal edilən məhsulların itkisiz saxlanması üçün ölkədə 400 min ton tutumlu müasir soyuducu anbarlar şəbəkəsi yaradılmışdır. Artan istehsal dinamikasını qarşılamaq məqsədilə bu infrastrukturun yaxın gələcəkdə əlavə 100 min ton artırılaraq 500 min tona çatdırılması hədəflənir.
Su təchizatı kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtidir. Ölkəmizdə Taxtakörpü və Şəmkirçay kimi nəhəng su anbarlarının inşası aqrar sahəyə böyük töhfə vermişdir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında su resurslarının bərpası üzrə irimiqyaslı layihələr icra olunur. Dağıdılmış su infrastrukturunun bərpası çərçivəsində Xaçınçay, Köndələnçay, Suqovuşan, Sərsəng və Zabuxçay su anbarları yenidən qurulmuş, Bərgüşad və Həkəri çayları üzərində isə yeni anbarların inşasına başlanılmışdır.
Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatları ölkəmizin ümumi su balansının təqribən 25 faizini təşkil edir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə vaxtilə ətraf rayonların su təminatı üçün qurulmuş bu sistemlər hazırda tam bərpa edilir. Şirvan və Qarabağ kanallarının beton kanal olaraq yenidən inşası nəticəsində yüz minlərlə hektar torpaq sahəsi müasir suvarma şəbəkəsi ilə təmin olunmaqla məhsuldarlığı kəskin şəkildə
artıracaqdır. Aparılan islahatlar nəticəsində məhsuldarlıq göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Taxılçılıqda hektardan orta məhsuldarlıq 3,2 tona çatdırılmışdır və əsas hədəf bu göstəricini ən azı 5 tona çatdırmaqdır. Pambıqçılıqda isə məhsuldarlıq hektara 3,6 tona yüksəlmişdir. Dövlətin strateji məqsədi xaricə təkcə mahlıç deyel, tam emal olunmuş hazır iplik və toxuculuq məhsulları ixrac etməkdir.
İntensiv bağçılıq sahəsində azad edilmiş torpaqlarda, xüsusilə Zəngilanın Ağalı kəndi yaxınlığında salınmış meyvə bağları uğurlu nümunədir. Bu regionlarda minimum 20 min hektar intensiv bağların qurulması planlaşdırılır. Eyni zamanda, mövcud 1500 hektarlıq istixana sahələrinin daha 500 hektar genişləndirilməsi nəzərdə tutulur. Ərzaq təhlükəsizliyinin təmin olunmasında ət, süd və quş əti istehsalı üzrə daxili təminat
səviyyəsinin 100 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Aqrar sektorda qarşıya qoyulmuş strateji hədəflərə nail olmaq və idarəetməni tənzimləmək məqsədilə cənab prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq
edilmişdir. Bu sənəd ölkənin aqrar gələcəyini müəyyən edən fundamental yol xəritəsidir. Proqramın icrası üçün dövlət xətti ilə təqribən 2 milyard manat, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin cəlb olunması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyəti ilə proqramın uğurla reallaşdırılması Azərbaycanın aqrar-sənaye potensialını qlobal rəqabətədavamlı seviyyəyə qaldıracaq və
ölkəmizin dayanıqlı inkişafını təmin edəcəkdir.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
informatika müəllimi Aysel Mustafayeva
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • EMPIRE BY ÄSTHETIK LAB: Gözəllik, Sağlamlıq və İnnovasiyanın Zirvəsi

    EMPIRE BY ÄSTHETIK LAB: Gözəllik, Sağlamlıq və ...

    20-11-2025, 22:55

  • Elməddin Cəfərov: Zəfər Gününün Qüruru - Azərbaycan İradesinin, Məhəbbətinin və Qələbəsinin Simvolu

    Elməddin Cəfərov: Zəfər Gününün Qüruru - ...

    6-11-2025, 01:44

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski

    Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz ...

    15-01-2026, 10:11



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (154)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.