• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cənubi Qafqazda yeni siyasi reallıqlar yaranıb

  

Cənubi Qafqazda yeni siyasi reallıqlar yaranıb

Tarix : 6-05-2026, 14:31 Kateqoriya :---

Cənubi Qafqazda yeni siyasi reallıqlar yaranıb

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev həmin toplantıda videobağlantı formatında çıxış edərək regionda formalaşan yeni siyasi reallıqlar barədə fikirlərini bildirib. Bu çıxış post-münaqişə dövrünün siyasi mənzərəsini və gələcək istiqamətləri ifadə edən strateji mesajlarla yadda qalıb.
Dövlətimizin başçısının vurğuladığı məsələlərdən biri Ermənistan ilə münasibətlərdə əldə olunan irəliləyişlərlə bağlıdır. Xüsusilə Ermənistanın 2028-ci ildə növbəti Zirvə görüşünün Bakıda keçirilməsinə dəstək verməsi regionda qarşılıqlı etimadın formalaşmağa başladığını göstərən mühüm siyasi faktordur. Bir il əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş görüş zamanı irəli sürülən təşəbbüsün qəbul olunması və bu prosesdə həm Avropa liderlərinin, həm də Ermənistanın konstruktiv yanaşması yeni mərhələnin başlanğıcını təsdiqləyir. Bu kontekstdə sülhün artıq real davranış modeli kimi formalaşdığı aydın şəkildə nəzərə çarpır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda iqtisadi münasibətlərin normallaşmasına mühüm töhfə verir. Bu çərçivədə Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün daşınması əhəmiyyətli göstərici hesab olunur. Eyni zamanda, enerji sahəsində əməkdaşlığın başlanması, xüsusilə benzin və dizel ixracı tərəflər arasında yeni iqtisadi münasibətlərin formalaşdığını təsdiqləyir. 12 min ton neft məhsulunun nəqli regionda qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır.
Münasibətlərin normallaşması prosesində diqqət çəkən digər mühüm məqam isə nəqliyyat və logistika layihələri ilə bağlıdır. Xüsusilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim edilən təşəbbüs regionda yeni kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Bu marşrut Naxçıvanla birbaşa əlaqənin təmin olunmasına imkan yaradır və eyni zamanda, Orta Dəhlizin tərkib hissəsinə çevrilərək daha geniş geoiqtisadi əhəmiyyət kəsb edir. Həmin layihə regionun tranzit potensialını artırmaqla yanaşı, Avrasiya məkanında yeni ticarət arteriyalarının formalaşmasına xidmət edir. Bütün bunlar regionun strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirir və beynəlxalq logistika sistemində əhəmiyyətini artırır.
Beləliklə, Zirvə toplantısında vurğulanan fikirlər regionda yeni mərhələnin başlandığını bir daha təsdiqləyir. Sülh artıq yalnız məqsəd deyil, addım-addım reallaşan prosesdir.
Nailə Nəsirova-Zabrat Bələdiyyəsinin sədri
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası dünənin məsuliyyəti, bu günün gücü, gələcəyin zəmanətidir

    Səttar Möhbalıyev: Yeni Azərbaycan Partiyası ...

    18-11-2025, 10:22

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21

  • “YAP 33 il - Zəfərlər ölkəsinin alternativi olmayan siyasi partiyası”

    “YAP 33 il - Zəfərlər ölkəsinin alternativi ...

    19-11-2025, 12:47

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.