• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “YAP 33 il - Zəfərlər ölkəsinin alternativi olmayan siyasi partiyası”

  

“YAP 33 il - Zəfərlər ölkəsinin alternativi olmayan siyasi partiyası”

Tarix : 19-11-2025, 12:47 Kateqoriya :---

“YAP 33 il - Zəfərlər ölkəsinin alternativi olmayan siyasi partiyası”

Azərbaycan dövlətçiliyinin müasir mərhələsi xalqımızın milli iradəsi, siyasi müdrikliyi və uzaqgörən liderlərin fəaliyyəti ilə formalaşmışdır. Bu prosesin mərkəzində isə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası dayanır. XX əsrin sonlarında Azərbaycanın üzləşdiyi çətinliklər, siyasi qarşıdurmalar, iqtisadi tənəzzül ölkənin gələcəyini müəyyən edəcək yeni bir siyasi xəttə ehtiyac yaratmışdı. Məhz bu tarixi zərurət Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasına gətirib çıxardı.
1992-ci ilin payızında müstəqillik əldə etmiş Azərbaycanın taleyi ilə bağlı narahatlıqlar ən yüksək həddə idi: Sovet İttifaqının dağılması sonrası yeni reallıqlar, təhlükə altında olan ərazi bütövlüyü, daxili siyasi parçalanma və iqtisadi böhran. Belə bir zamanda ölkənin müxtəlif bölgələrindən ziyalıların, cəmiyyətin tanınmış simalarının Heydər Əliyevə ünvanladıqları məşhur müraciət sonradan YAP-ın təsisinə aparan yolun başlanğıcı oldu. Naxçıvanda siyasi fəaliyyətini davam etdirən Ulu Öndər xalqın çağırışına biganə qalmadı və 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunmasına rəhbərlik etdi. Bu tarix təkcə bir partiyanın yaranması deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası üçün dönüş nöqtəsi idi. Partiyanın yaranması yalnız bir siyasi təşəbbüs yox, həm də müstəqil Azərbaycan üçün “yeni səhifə” açmaq, dövlət quruculuğunun əsasını qoymaq məqsədi daşıyırdı.
Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlət və xalq üçün xidmət etməyi əsas missiya bilmiş, bu missiyanı illər ərzində reallaşdırmışdır. Partiyanın ideologiyası – “Azərbaycançılıq”, müstəqillik, dövlətçiliyin güclənməsi – dövlət siyasətində prioritet məqam kimi qəbul edilmişdir. YAP-ın ideoloji əsasları arasında müstəqilliyin qorunması, hüquqi dövlətin bərqərar olunması, vətəndaşların firavanlığı, sosial ədalət kimi dəyərlər yer alır. Bu çərçivədə YAP-ın yaradılması Ulu Öndər Heydər Əliyevin də dediyi kimi dövrünün “tarixi zərurət” olaraq qiymətləndirilir.
1990-cı illərin ikinci yarısından başlayaraq Azərbaycan Ulu Öndər Heydər Əliyevin iradəsi ilə həm daxili, həm də xarici siyasətdə yeni yüksəliş dövrünə qədəm qoydu. Neft strategiyasının uğurla icrası, beynəlxalq enerji əməkdaşlığı, ölkəyə sərmayənin cəlb olunması, ordunun gücləndirilməsi və dövlət institutlarının möhkəmlənməsi Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Bu dövrdə Yeni Azərbaycan Partiyası genişlənərək bütöv bir siyasi məktəbə çevrildi. Onun sıralarında peşəkar kadrlardan ibarət böyük bir nəsil formalaşdı ki, bu da dövlət idarəçiliyinə yeni baxış gətirdi.
2003-cü il Azərbaycanda siyasi sabitliyin və Heydər Əliyev yolunun davamlılığının təmin edildiyi il kimi tarixə düşdü. Prezident seçkilərində İlham Əliyev xalqın etimadını qazanaraq prezident seçildi və bununla YAP-ın fəaliyyəti yeni mərhələyə qədəm qoydu. İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursu yeni dövrün tələblərinə uyğun modernləşdirərək ölkəni dinamik inkişaf mərhələsinə çıxardı. Bu illər ərzində Azərbaycan iqtisadi cəhətdən regionun lider ölkəsinə çevrildi, genişmiqyaslı sosial proqramlar həyata keçirildi, ordu quruculuğu sürətləndirildi və beynəlxalq aləmdə ölkəmizin mövqeyi gücləndi. Prezident İlham Əliyevin idarəçilik modeli artıq Azərbaycan inkişafının brendinə çevrilmişdir. Yeni Azərbaycan Partiyası isə bu inkişafın siyasi dayağı kimi həm ideoloji, həm də təşkilati baxımdan yeniləndi, ölkənin bütün regionlarında genişlənərək cəmiyyətlə dövlət arasında möhkəm bağın yaradıcısı oldu.
Tarixi hadisələr içində ən parlaq səhifə isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər idi. Bu Zəfər İlham Əliyevin qətiyyətli liderliyi, siyasi iradəsi və güclü diplomatiyası sayəsində əldə edildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin illər əvvəl təməlini qoyduğu güclü dövlətçilik modeli və davamlı inkişaf strategiyası bu qələbənin ideoloji dayağı oldu. Yeni Azərbaycan Partiyası isə həm müharibədən əvvəlki dövrdə, həm müharibə zamanı, həm də postmüharibə mərhələsində xalqla dövlət arasında dəmir yumruq kimi birliyin formalaşmasında mühüm rol oynadı.
Partiyanın siyasi təqvimində 5 mart 2021-ci il tarixində keçirilmiş VII Qurultay da xüsusi yer tutur. VII Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və ən əsası YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir. Əvvəlki Nizamnamənin qəbul edilməsindən keçən müddət ərzində dünyada və ölkəmizdə baş verən dəyişiklikləri nəzərə alsaq, qazandığımız uğurlar, yaratdığımız yeni reallıqlar, müasir dövrün yeni çağırışları Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsini şərtləndirirdi.
Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, dövlətçilik ənənələrini yaşadan, onları yeni reallıqlara uyğun şəkildə inkişaf etdirən böyük bir siyasi məktəb, milli ideoloji platformadır. Partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub; işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla icrası və regionda yaranmış yeni geosiyasi reallıqlar YAP-ın siyasi xəttinin real nəticələridir.
Yeni Azərbaycan Partiyasının yaranması, inkişaf etməsi və bu gün ölkəmizin siyasi həyatında oynadığı rol Azərbaycan dövlətçiliyinin inkişaf xəttinin ayrılmaz hissəsidir. Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin müasir çağırışlara uyğun şəkildə davam etdirdiyi bu siyasi xətt milli sabitliyin, güclü dövlətin və qalib Azərbaycanın əsas ideoloji təməlini təşkil edir. YAP-ın keçdiyi yol, həyata keçirdiyi missiya və dövlətçilik naminə gördüyü böyük işlər sübut edir ki, bu partiya təkcə siyasi təşkilat deyil, Azərbaycanın gələcəyini müəyyən edən milli ideyanın daşıyıcısıdır.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.