• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Ölkəmiz sülh gündəliyinə sadiqdir, amma ədalətsizliyə və ikili standartlara heç vaxt susmayacaq

  

Ölkəmiz sülh gündəliyinə sadiqdir, amma ədalətsizliyə və ikili standartlara heç vaxt susmayacaq

Tarix : 6-05-2026, 14:21 Kateqoriya :---

Ölkəmiz sülh gündəliyinə sadiqdir, amma ədalətsizliyə və ikili standartlara heç vaxt susmayacaq

2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə görüşünə videobağlantı ilə qatılan cənab prezidentimiz İlham Əliyev çıxışı zamanı Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz mövqeyini sərt tənqid etdi. Dövlətimizin başçısı bildirdi ki, bəzi Avropa qurumları regionda gedən sülh prosesinə dəstək vermək əvəzinə, ona mane olmağa çalışır.
Cənab prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəf alır. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur.
İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Təsəvvür edin: beş il ərzində 14 qətnamə. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Bu, açıq-aşkar qərəzli münasibətin göstəricisidir.
Cənab prezident İlham Əliyev vurğuladı ki, Avropa Parlamentinin Azərbaycanı hədəf almasının əsl səbəbi ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir. Yəni Azərbaycan beynəlxalq hüququ bərpa etdiyi üçün cəzalandırılır.
Bu ədalətsizliyə cavab olaraq Azərbaycan parlamenti mayın 1-də rəsmi qərar qəbul edib. Qərara əsasən, Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlıq dayandırılır, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakımıza son qoyulur və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlanılır.
Cənab prezident İlham Əliyev bildirdi ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik. Ona görə də bu məsələ ilə bağlı həmkarlarını məlumatlandırmaq istəyib ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın. Azərbaycanın mövqeyi açıqdır: ölkəmiz sülh gündəliyinə sadiqdir, amma ədalətsizliyə və ikili standartlara heç vaxt susmayacaq. Bu, Ulu öndər Heydər Əliyevin siyasi irsindən gələn prinsipiallıqdır.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Fərzanə Heydərli
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Sülh prosesinə mane olmaq istəyən qüvvələrin səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

    Sülh prosesinə mane olmaq istəyən qüvvələrin ...

    6-05-2026, 14:19

  • Azərbaycan regionda hər zaman sülhün tərəfdarı olub

    Azərbaycan regionda hər zaman sülhün tərəfdarı ...

    6-05-2026, 14:30



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.