• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan regionda hər zaman sülhün tərəfdarı olub

  

Azərbaycan regionda hər zaman sülhün tərəfdarı olub

Tarix : 6-05-2026, 14:30 Kateqoriya :---

Azərbaycan regionda hər zaman sülhün tərəfdarı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində onlayn formatda çıxışı həm Cənubi Qafqaz regionu, həm də özlərini vasitəçi və arbitr kimi təqdim edən Avropa institutları üçün ən parlaq və məzmunlu siyasi mesajlardan birinə çevrildi.
Prezident İlham Əliyev növbəti dəfə parlaq natiqlik və polemik ustalıq nümunəsi göstərdi. Sammitdə fiziki olaraq iştirak etməməsinə baxmayaraq, o, bütövlükdə tədbirin gündəliyini tam şəkildə öz üzərinə götürdü. Onun çıxışı mahiyyət etibarilə Azərbaycanın əleyhdarlarını zərərsizləşdirdi. Onlar açıq şəkildə İrəvan platformasından istifadə edərək, ənənəvi anti-Azərbaycan narrativlərini irəli sürməyi planlaşdırırdılar. Lakin, bu cəhdlər səsləndirilməmişdən əvvəl sıfıra endirildi. Üstəlik, sonrakı reaksiyalar və “cavablar” da mənasını itirdi, çünki dövlət başçısının çıxışında artıq lazım olan hər şey – aydın, əsaslandırılmış və faktlara söykənən şəkildə ifadə olunmuşdu. Prezidentin çıxışında səslənən əsas tezis ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh artıq əldə olunub. Bu fikir siyasi ritorika və ya diplomatik jest deyil. O, konkret addımlara əsaslanır.
Avropa Parlamentinin fəaliyyətindən bəhs edərkən, Prezidentin sözlərinə görə, bu qurum sülhə töhfə vermək əvəzinə, onu sarsıdır. Son beş ildə ölkəmizə qarşı qəbul edilmiş 14 qətnamə təsadüfi deyil, məqsədyönlü kampaniya təəssüratı yaradır. Ölkə başçımız haqlı olaraq bildirdi ki: “Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır”. Əlbəttə ki, səbəb aydındır. Onlar Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul edə bilmirlər. Separatçılığa son qoyulmuş və müharibə cinayətkarları məsuliyyətə cəlb edildilər. Məhkəmə bütün hüquqi prosedurları nəzərə almaqla, ictimaiyyətə açıq şəkildə keçirildi.
Prezident İlham Əliyevin çıxışı tamhüquqlu strateji bəyanat kimi qiymətləndirilə bilər. Burada Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri aydın şəkildə ifadə olunmuş, danışıqlar prosesinin mövcud vəziyyətinə qiymət verilmiş və regiondakı qüvvələr balansı müəyyən edilmişdir. Üstəlik, bu balansın artıq dəyişdiyi və real sülhün xeyrinə dəyişdiyi açıq şəkildə göstərilmişdir. Azərbaycanı sülhə mane olan tərəf kimi təqdim etmək cəhdləri faktlarla təkzib edildi. Xarici vasitəçiliyi zorla qəbul etdirmək cəhdləri mənasızlaşdırıldı. Beynəlxalq platformalardan təzyiq aləti kimi istifadə etmək təşəbbüsləri isə dəyərdən salındı. Cənubi Qafqazda yeni reallıq formalaşır.
Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.