• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdir

  

“Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdir

Tarix : 5-03-2026, 13:46 Kateqoriya :---

“Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdir

Umummilli lider Heyder Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdir. Çünki bu qadınlara həsr olunubdur.lnsan cəmiyyətində qadının rolu,əhəmiyyəti məlumdur. Qısaca demək olar ki,qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə göstərdikləri xidmətlərlə yanașı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Ulu öndərin dediyi sözlərdən də görünür ki, ülvilik, zəriflik rəmzi olan qadın,ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli inkişafına imkan yaratmışdır. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli lider qadın șəxsiyyətinə hər zaman hörmətlə yanaşmışdır. Bu siyasətin prezident lIham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ökəmizdə gender siyasətinin gücləndirilməsi, qadınlarin cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qadınlarla bağlı məsələlərin həlli üçün qanunlar qəbul edilməsi, fərman və sərəncamların imzalanması qadın hüquqlarının reallaşması istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. 8 mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilir.
Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə,məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai həyatındakı uğurlu fəaliyyəti bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Qadınlarımız təkcə mövcud cəmiyyətdə deyil,bundan əvvəlki dövrlərdə də öz dərin zəkaları,xidmətləri ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət etmişlər. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarınızın adları tariximizə həkk olmuşdur.
Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi hələ keçən əsrdə qadına verilən dəyərin böyüklüyünü sübut edir.
Dövlət müstəqilliyinin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olmuş, öz mübarizliyi ilə tanınmış, döyüş meydanında şücaət göstərmişdir. Eləcə də 44 günlük müharibədə həm ön cəbhədə, həm arxa cəbhədə qəhrəman qadınlarımız mübarizə aparmışdır.
Və bugün həm torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın,bütün şəhid anaları və xanımlarının,Vətən üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Yalnız bugün deyil,hər gün qadınlar dəyərlidir, qadınlar gülməyə layiqdir.Dahi şairimiz Hüseyn Cavid də söylədiyi kimi:
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

    Müstəqil Azərbaycan Respublikasında qadın ...

    5-03-2026, 13:47

  • Əsəd Qurbanov – Sumqayıt Dövlət Texniki Kollecinin Peşəkar və Təcrübəli Direktor Müavini

    Əsəd Qurbanov – Sumqayıt Dövlət Texniki ...

    8-03-2025, 01:09

  • Əhməd Əhmədzadə – Peşəkar Dövlət Xadimi və Səmərəli İdarəçi

    Əhməd Əhmədzadə – Peşəkar Dövlət Xadimi və ...

    8-03-2025, 01:23



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (75)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.