• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

  

Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Tarix : 5-03-2026, 13:47 Kateqoriya :---

Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

8 Mart – Beynəlxalq Qadınlar Günü dünya miqyasında qadınların hüquq və azadlıqlarının, onların cəmiyyət həyatındakı rolunun dəyərləndirildiyi əlamətdar gündür. Bu bayram Azərbaycan qadınının da ictimai-siyasi, elmi-mədəni və mənəvi həyatımızdakı mühüm mövqeyini bir daha təsdiqləyir. Qadınlar cəmiyyətin inkişafında aparıcı qüvvələrdən biri kimi daim fədakarlıq və məsuliyyət nümunəsi göstərmişlər.
Tarix boyu Azərbaycan qadınları milli-mənəvi dəyərlərimizin qorunmasında, ailə institutunun möhkəmləndirilməsində və sağlam nəslin yetişdirilməsində mühüm rol oynamışlar. Onlar həm də maariflənmə hərəkatında, mədəniyyətin və elmin inkişafında fəal iştirak etmişlər. Şərqdə ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququnun məhz Azərbaycanda verilməsi ölkəmizdə qadınlara göstərilən yüksək etimadın və hörmətin bariz nümunəsidir.
Müstəqil Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət qadın siyasəti bu sahədə möhkəm hüquqi baza yaratmışdır. Onun rəhbərliyi dövründə qadınların dövlət strukturlarında təmsilçiliyi artmış, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsi və müxtəlif sosial proqramların həyata keçirilməsi dövlətin qadınlara verdiyi dəyərin göstəricisidir. Müasir Azərbaycan qadını elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlər qazanaraq ölkəmizin inkişafına mühüm töhfələr verir.
Azərbaycan qadını ailənin mənəvi dayağı olmaqla yanaşı, cəmiyyətin fəal üzvü kimi də məsuliyyət daşıyır. Onun zəhməti, biliyi və vətənpərvərliyi dövlətimizin gələcəyinin möhkəm təməlidir. 8 Mart bayramı qadınlarımızın əməyinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, onların gələcək uğurlarına inamın və ehtiramın rəmzidir.
Ulu öndər Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Qadınların hüquqi statusu həm də ailə institutunda bərabər məsuliyyət və bərabər hüquq prinsiplərinə əsaslanır

    Qadınların hüquqi statusu həm də ailə ...

    5-03-2026, 13:48

  • Səttar Möhbalıyev: "8 Mart Azərbaycan qadınının şərəf və ləyaqət salnaməsidir"

    Səttar Möhbalıyev: "8 Mart Azərbaycan ...

    2-03-2026, 09:58

  • Qəzənfər Niftəliyev: Qadınların cəmiyyətdəki rolu ölkəmizin inkişafında və tərəqqisində əvəzsizdir

    Qəzənfər Niftəliyev: Qadınların cəmiyyətdəki rolu ...

    8-03-2025, 01:15



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (75)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.