• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Məqsədimiz əbədi sülhə nail olmaqdır

  

Məqsədimiz əbədi sülhə nail olmaqdır

Tarix : 22-01-2026, 15:19 Kateqoriya :---

Məqsədimiz əbədi sülhə nail olmaqdır

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman müsahibələrində beynəlxalq normalarla milli dövlət maraqlarını olduqca mahir şəkildə əlaqələndirir. Bu baxımdan cənab prezidentin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə olduqca önəmlidir. Azərbaycan Respublikasına münasibətdə reallıq və tarixi şərait nəzərə almaqla dövlət başçısı müsahibəsində bəyan etdi ki, “beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür”. Belə ki, dövlət müstəqilliyinin ilk illərindən etibarən qonşu Ermənistan Respublikasının işğalçılıq siyasəti ilə üzbəüz qalan Azərbaycan dövləti dəfələrlə münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çalışmış və beynəlxalq təşkilatlarla bu istiqamətdə ardıcıl əməkdaşlıq etmişdir. Lakin qarşı tərəfin qeyri-konstruktiv mövqeyinə qarşı beynəlxalq aləmdən gələn laqeyd münasibət, BMT-nin işğal faktını dayandırmaqla bağlı verdiyi bəyanatların icrasında qətiyyətin göstərilməməsi sübut etdi ki, bu gün beynəlxalq hüquq normaları mütləq deyil və beynəlxalq münasibətləri güc həll edir. Əlbəttə, Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 il və ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətinin ilk 17 ili ərzində Qarabağ münaqişəsinin həlli üçün sülh yolunu prioritet yol hesab etmişdir. Bu barədə cənab prezident dəfələrlə bəyanat vermiş, lakin dövlət suverenliyinin bərpası üçün hərb yolunu da inkar etməmişdir. Hadisələrin sonrakı inkişafı da elə məhz güc yolunun beynəlxalq münasibətlər sistemində dəyişən və hazırda əsas olan yol olduğunu bir daha bəyan etdi. Əlbəttə, cənab prezident 44 günlük müharibə dövründə də dəfələrlə bəyan etmişdir ki, “Azərbaycan ordusu BMT qətnamələrini yerinə yetirir”. Bu, bir tərəfdən Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına sadiqliyini göstərdisə, digər tərəfdən siyasi ayrı-seçkiliyə qarşı kəskin mübarizəsini də bütün dünyaya bəyan etdi.
Cənab prezident “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülməsi ilə bağlı, müsahibə zamanı, bunu Qafqazda sülhün təminatındakı rolunun qarşılığı kimi qiymətləndirmişdir. Cənab prezident İlham Əliyevin Qafqaz regionunda əbədi sülhün təmini istiqamətindəki fəaliyyəti bütün dünyanın diqqət mərkəzindədir. Ermənistan və Azərbaycan dövlətləri arasında münasibətlərdə yeni eranın başlandığını artıq qətiyyətlə deyə bilərik. Bu, regionda uzunmüddətli deyil, əbədi sülhün təminatı nöqteyi-nəzərindən əvəzolunmazdır. Azərbaycan Cənubi Qafqazın enerji təminatının əsas mənbəyi olaraq, artıq Ermənistan dövləti ilə də bu istiqamətdə əməkdaşlıq etməkdədir. Cənab prezident müsahibəsində enerji təhlükəsizliyinin regionda balanslı xarici siyasət və davamlı sülh üçün əhəmiyyətini xüsusi vurğulamışdır.
Artıq aylardır ki, Ermənistan və Azərbaycan arasında münasibətlər tam şəkildə sülhə əsaslanır. Dövlət başçısı müsahibədə bəyan etdi ki, “öz müstəqilliyimiz tarixində heç vaxt sülh şəraitində yaşamamışıq” və bu gün artıq bu sülhə nail olunubsa, bu, Azərbaycan dövlətinin müdrik siyasətininin nəticəsidir. “Məqsədimiz əbədi sülhə nail olmaqdır” deyən ölkə başçısı bu istiqamətdə davamlı fəaliyyətini uğurla davam etdirməkdədir.
Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin
tarix müəllimi Sevinc Quluzadə

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz salan müəllim ünvanı -Mahir Həbib oğlu Naxçıvanski

    Ömrün hər bir anı - təhsilə xidmət: ürəklərdə iz ...

    15-01-2026, 10:11

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.