• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”

  

Kamaləddin Qafarov: “20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi”

Tarix : 20-01-2026, 10:12 Kateqoriya :---

Kamaləddin Qafarov: “20 Yanvar faciəsi  terrorun bariz nümunəsi idi”


“20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış, siyasi məqsədli və hərbi cinayət xarakteri daşıyan qanlı əməliyyatı idi”.

Bu fikri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, vurğulayıb ki, bu qırğın təsadüfən baş verməmişdi. “Keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı açıq və qəti mövqe nümayiş etdirən Azərbaycan cəmiyyətini qorxutmaq, milli azadlıq iradəsini boğmaq üçün Kreml ən qəddar üsula əl atdı. Mixail Qorbaçovun birbaşa əmri ilə Bakıya yeridilən on minlərlə hərbçi ağır texnika, tanklar, zirehli maşınlar və avtomatik silahlarla dinc əhaliyə hücum etdi. Küçələrdə insanlar qətlə yetirildi, təcili yardım maşınları atəşə tutuldu, yaşayış məhəllələri mühasirəyə alındı. Bu, hüququn, humanizmin və beynəlxalq normaların açıq şəkildə tapdanması idi və Sovet dövlətinin öz vətəndaşlarına qarşı həyata keçirdiyi dövlət terrorunun bariz nümunəsi kimi tarixə düşdü”.

Millət vəkili fikirlərini davam etdirərək keçmiş sovet ordusunun iri kontingenti tərəfindən Bakının zəbt olunmasının xüsusi qəddarlıqla müşayiət edildiyini bildirib: “Öz çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdilər. Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən bu gün 36 il keçir. Həmin vaxt fövqəladə vəziyyətin yanvarın 20-də saat 00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. 1990-cı ilin yanvar ayının 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə kütləvi şəkildə qətlə yetirmişlər. Nəticədə təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.”

Daha sonra deputat hər zaman millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqeyindən bəhs edib: “Birmənalı olaraq demək lazımdır ki, baş verən qanlı hadisələrin fonunda Sovet imperiyasının mərkəzində olmasına rəğmən, SSRİ rəhbərliyini ittiham etməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi siyasi cəsarət və prinsipial mövqe 20 Yanvar həqiqətlərinin üzə çıxarılmasında həlledici rol oynadı. 1990-cı il yanvarın 21-də, həyatını real təhlükə altına qoyaraq, Sovet rejiminin qadağalarına baxmayaraq Moskvada verdiyi bəyanatla Ümummilli Lider Qanlı Yanvar hadisələrini törədənləri açıq şəkildə ittiham etdi, dinc əhaliyə qarşı silah işlədilməsini hüquqa, demokratiyaya və insanlığa zidd ağır cinayət adlandırdı, məsuliyyətin birbaşa SSRİ rəhbərliyinin üzərində olduğunu bəyan etdi. Bu çıxış Sovet imperiyası daxilində susdurulmuş həqiqətin ilk dəfə bu qədər açıq və sərt şəkildə səsləndirilməsi idi. Ulu Öndər Heydər Əliyev imperiyanın saxta “qanunçuluq” pərdəsini cıraraq, dünya ictimaiyyətinə göstərdi ki, Bakıda baş verənlər adi fövqəladə vəziyyət deyil, xalqın qəsdən qırılmasıdır. Bu mövqe 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinin ideoloji və mənəvi əsasını formalaşdırdı. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində faciənin səbəbləri araşdırıldı, günahkarların məsuliyyəti gündəmə gətirildi, şəhidlərin xatirəsi dövlət səviyyəsində uca tutuldu. Ulu Öndər Heydər Əliyev üçün bu məsələ yalnız keçmişə qiymət vermək deyildi, bu, Azərbaycan xalqının milli ləyaqətinin və tarixi həqiqətinin qorunması idi. 20 Yanvarı törədən imperiya qüvvələri bu mövqenin qarşısında ifşa olundu, Azərbaycan xalqı isə bu qanlı sınaqdan daha da güclənərək çıxdı və müstəqillik yolunda geri dönüşü olmayan qərarını verdi”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Səttar Möhbalıyev: "Qanlı Yanvar sovet imperiyasının son cinayəti və Azərbaycan xalqının ləyaqət imtahanıdır"

    Səttar Möhbalıyev: "Qanlı Yanvar sovet ...

    15-01-2026, 10:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • 20 Yanvar faciəsində Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dövlət tərəfindən daim uca tutulur

    20 Yanvar faciəsində Azərbaycanın azadlığı və ...

    19-01-2026, 12:27

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Xəbər arxivi

Mart 2026 (8)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.