• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Göydəniz Qəhrəmanov: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi idi”

  

Göydəniz Qəhrəmanov: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi idi”

Tarix : 20-11-2025, 14:50 Kateqoriya :---

Göydəniz Qəhrəmanov: “Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi idi”

“Qarabağın mərkəzində yerləşən, qədim tarixə və zəngin mədəni irsə malik olan Ağdam şəhəri Azərbaycan xalqının yaddaşında həm dağıntıların acı simvolu, həm də yenidənqurmanın ümid işığı kimi qalacaq. “Ağdam” sözünün mənşəyi – “ağ ev”, “kiçik qala” – bu torpağın həm qədim türk köklərini, həm də onun nurla, diriliklə assosiasiya olunan mənəvi dəyərini əks etdirir. Qədim arxeoloji tədqiqatlar Ağdamın Eneolit dövrünə, yəni altı-səkkiz min il əvvələ gedib çıxan yaşayış məskəni olduğunu təsdiqləyib. Üzərriktəpə kimi abidələr bura sivilizasiyanın beşiklərindən biri kimi baxmağa əsas verir. Tarixin bu dərin qatlarından gələn mədəniyyət izləri Ağdamın Azərbaycanın milli kimliyində necə mühüm yer tutduğunu bir daha nümayiş etdirir. 1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam təkcə Qarabağın deyil, bütövlükdə ölkənin iqtisadi və mədəni həyatında seçilən bölgələrdən biri idi.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Fikirlərini davam etdirən deputat bildirib ki, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində bütün Azərbaycanla birgə Ağdam rayonu da ağır faciə yaşadı: “1993-cü ilin iyulunda rayon ərazisinin 73 faizi işğal olundu, 128 min insan doğma yurdunu tərk etməyə məcbur qaldı. Ağdamın 90 kəndi, yüzlərlə mədəniyyət və təhsil ocağı yerlə-yeksan edildi. Bütün dünyada tayı-bərabəri olmayan Çörək Muzeyi belə düşmən vəhşiliyinin hədəfinə çevrildi. Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə baxmayaraq, işğala son qoymadı, beynəlxalq hüquq normalarını pozaraq etnik təmizləmə və mülki əhalinin məhvinə yönəlmiş cinayətlər törətdi. Ölkə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin bariz nümunəsi oldu. Bu vəhşiliyin miqyası elə böyük idi ki, Ağdam “Qafqazın Xirosiması” adlandırıldı. Amma Azərbaycan xalqı heç vaxt bu torpaqlardan imtina etmədi – ədalətə, haqqa və qələbəyə inamını qorudu. Nəhayət, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatla Azərbaycanın haqq savaşı Zəfərlə başa çatdı – 20 noyabrda Ağdam rayonu bir güllə atılmadan, diplomatik üstünlüyün və hərbi qüdrətin sintezi ilə Vətənə qaytarıldı. O gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam yenidən hayata qayıdır. 2021-ci ildə təsdiqlənmiş Baş Plana əsasən şəhərdə 5 məhəllə salınır, yeni yaşayış massivləri, sosial obyektlər, sənaye parkı inşa olunur. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində aparılan bərpa-quruculuq işləri qayıdışın real təcəssümüdür. 20 noyabrın Ağdam şəhəri günü kimi təsis edilməsi isə Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Bu gün Ağdam artıq dağıntıların deyil, iradənin, inamın və dövlət siyasətinin uğurla həyata keçməsinin rəmzidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Azərbaycanın tarixi və mədəni irsinin qorunduğu yerlərdən biri olan Kəlbəcər zəngin arxeoloji irsə malikdir

    Azərbaycanın tarixi və mədəni irsinin qorunduğu ...

    20-11-2025, 12:07

  • Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də strateji baxımdan Azərbaycanın əvəzsiz incilərindən biridir

    Ağdam şəhəri həm tarixi, həm mədəni, həm də ...

    14-11-2025, 14:41

  • Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri Avrasiya məkanında qarşılıqlı etimadın dərinləşməsinə mühüm töhfədir”

    Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham ...

    23-10-2025, 16:03

  • Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən dirçəlişə uzanan yolda sürətlə irəliləyir "

    Səttar Möhbalıyev: "Kəlbəcər Zəfərdən ...

    19-11-2025, 11:33



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Xəbər arxivi

Dekabr 2025 (50)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.