• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri Avrasiya məkanında qarşılıqlı etimadın dərinləşməsinə mühüm töhfədir”

  

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri Avrasiya məkanında qarşılıqlı etimadın dərinləşməsinə mühüm töhfədir”

Tarix : 23-10-2025, 16:03 Kateqoriya :---

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri Avrasiya məkanında qarşılıqlı etimadın dərinləşməsinə mühüm töhfədir”

“2025-ci il oktyabrın 21-də Astanada cənab Prezident İlham Əliyevin mətbuata bəyanatı və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasındakı çıxışı iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini təsdiqlədi. Bu, təkcə diplomatik jest deyil, həm də strateji əməkdaşlığın və türk birliyinin gələcək fəaliyyət konturlarını müəyyən edən hadisədir. Dövlət başçımızın bəyanatında Qazaxıstanın inkişafı, beynəlxalq nüfuzunun artması və modernləşmə siyasətinin uğurları xüsusi vurğulandı. Cənab Prezident qeyd etdi ki, Kasım-Jomart Tokayevin uzaqgörən rəhbərliyi sayəsində Qazaxıstan son illər modernləşmə, innovasiya və süni intellekt kimi sahələrdə böyük irəliləyişlər əldə edib. Azərbaycan Prezidentinin bu fikirləri təkcə dost dövlətə ehtiramın ifadəsi deyil, həm də regionun inkişafına verdiyi önəmin göstəricisidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat həmçinin bildirib ki, Azərbaycan–Qazaxıstan münasibətləri bu gün regional sabitlik, iqtisadi tərəqqi və nəqliyyat-logistika layihələrinin reallaşması baxımından mühüm rol oynayır: “Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Cənubi Qafqazı və Mərkəzi Asiyanı vahid iqtisadi məkan kimi birləşdirir. Bu layihələr həm iki ölkənin maraqlarına, həm də bütün Avrasiya məkanının rifahına xidmət edir. Ən diqqətçəkən məqamlardan biri Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və bu prosesdə Qazaxıstanın nümayiş etdirdiyi qardaş mövqedir. Qazaxıstan Azərbaycanın haqlı mövqeyini işğal dövründə də bütün beynəlxalq platformalarda dəstəkləyib və bu gün də eyni mövqelərdən çıxış edərək Cənubi Qafqazda sülhün bərqərar olmasını regionun gələcəyi üçün önəmli addım kimi qiymətləndirir. Həmçinin Qarabağın dirçəlişində də Qazaxıstanın rolu ölkələrimiz arasında dostluğun parlaq nümunəsidir. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi təkcə bir təhsil ocağı deyil, həm də iki qardaş xalqın bir-birinə mənəvi bağlılığının rəmzidir. Bu fakt göstərir ki, Azərbaycan və Qazaxıstan əlaqələri təkcə siyasi müstəvidə deyil, həm də humanitar və mədəni sahələrdə dərin kök salıb.”

Sonda Göydəniz Qəhrəmanov Ali Dövlətlərarası Şuranın iclasında səslənən fikirlərin də Azərbaycan–Qazaxıstan tərəfdaşlığının sistemli xarakter daşıdığını bir daha təsdiqlədiyini vurğulayıb: “Dövlət başçılarının qarşılıqlı səfərləri, mütəmadi dialoqu və birgə layihələr üzərində nəzarəti əlaqələrimizin davamlı inkişafını təmin edir. Artıq iki ölkə təkcə regional deyil, qlobal miqyasda da bir-birini dəstəkləyən strateji tərəfdaşlara çevriliblər. Bütün bu amillər bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin Qazaxıstana səfəri və səsləndirdiyi fikirlər türk dünyasının inteqrasiyasına, Avrasiya məkanında sabitliyin möhkəmlənməsinə və qarşılıqlı etimadın dərinləşməsinə mühüm töhfə verir. Bu münasibətlər qardaşlıqdan doğan, zamanın sınaqlarından keçmiş etibarlı əməkdaşlığın bariz nümunəsidir” – deyə millət vəkili fikirlərini tamamlayıb.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Azərbaycan–Qazaxıstan münasibətləri yeni mərhələyə yüksəldi

    Azərbaycan–Qazaxıstan münasibətləri yeni ...

    23-10-2025, 11:40

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Millət vəkili Göydəniz Qəhrəmanov Yasamal rayonu 17 saylı üçüncü seçki dairəsi ərazisində səyyar görüşlər keçirib -Fotolar

    Millət vəkili Göydəniz Qəhrəmanov Yasamal rayonu ...

    17-07-2025, 15:08

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (60)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.