• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar

  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar

Tarix : Dünən, 19:57 Kateqoriya :---

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Noyabr - Zəfər Günü münasibətilə “Tarixi Zəfər” tədbiri keçirilib.

aia.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, AHİK-in rəhbərliyi və kollektivi, üzv təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətindən, uzaqgörən siyasətindən və müdrik qərarlarından söz açıb, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi igidlik və qəhrəmanlıqlardan, xalqımızın sarsılmaz birliyindən bəhs edib.

Vurğulanıb ki, bu möhtəşəm Qələbə Ulu Öndər Heydər Əliyevin ideyalarının, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi, minilliklərə söykənən qədim tariximizin qürur səhifəsi və qəhrəmanlıq salnaməsidir. Qeyd olunub ki, haqq savaşımızda qəhrəmancasına döyüşərək üçrəngli Bayrağımızı işğaldan azad edilmiş torpaqlara sancan mübariz oğul və qızlarımızın şücaəti dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir, şəhid ailələrinin və qazilərin sosial rifahı daim diqqətdə saxlanılır.
Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Şərqi Zəngəzur və Qarabağ dirçəldilir və bu torpaqlara yenidən həyat qayıdır.

AHİK sədrinin müşaviri, Vətən müharibəsi iştirakçısı Kamran Umudov keçdiyi döyüş yolundan, komandiri olduğu əsgərlərin əzmkarlığından və yüksək döyüş ruhundan danışıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov isə çıxışında Azərbaycan Ordusunun gücünü, dövlətimizin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını qeyd edib.

Tədbir çərçivəsində Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarını, xalqımızın birliyini və qələbəyə olan inamını əks etdirən film nümayiş etdirilib.

Əməkdar artist Ağalar Bayramovun vətənpərvərlik mövzusunda səsləndirdiyi şeirlər, Vətən müharibəsi qazisi və müğənni Məbud Əhmədovun ifasında təqdim olunan qələbə ruhlu mahnılar maraqla qarşılanıb. Həmçinin şəhid övladlarından ibarət xor qrupunun “Şəhid övladlarının zəfər sədası” kompozisiyası alqışlarla müşayiət olunub.
Tədbir müğənni Gülzar Fərəcovanın ifasında dövlətimizin qüdrətini və xalqımızın qələbə ruhunu tərənnüm edən “Yaşa, Azərbaycan!” mahnısı ilə başa çatıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02

  • Xankəndidə “Sağlamlığa doğru qaç!” layihəsinin final mərhələsi keçirilib -Fotolar

    Xankəndidə “Sağlamlığa doğru qaç!” layihəsinin ...

    17-06-2025, 15:06



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (50)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.