• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Xankəndidə “Sağlamlığa doğru qaç!” layihəsinin final mərhələsi keçirilib -Fotolar

  

Xankəndidə “Sağlamlığa doğru qaç!” layihəsinin final mərhələsi keçirilib -Fotolar

Tarix : 17-06-2025, 15:06 Kateqoriya :---
Xankəndidə “Sağlamlığa doğru qaç!” layihəsinin final mərhələsi keçirilib -Fotolar
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də səhiyyə sahəsində çalışan ittifaq üzvlərinin iştirak etdiyi “Sağlamlığa doğru qaç!”dır. Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan layihə çərçivəsində iyunun 17-də Xankəndi şəhərində qaçış yarışının final mərhələsi keçirilib. Finalda Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı rayonları, Mingəçevir, Gəncə və Bakı şəhərlərində keçirilmiş zona yarışlarının qalibləri iştirak ediblər.
 
aia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, layihənin final mərhələsinin suverenliyimizin bərpa edildiyi Xankəndi şəhərində təşkil olunmasını əlamətdar hadisə adlandırıb.
 
Bildirilib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqımız şanlı tarixinin ən parlaq dövrünü yaşayır və hər birimiz regionun lideri, dünyada söz sahibi olan Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuruq. Dövlətimizin idman siyasətindən, tibb sahəsinə diqqət və qayğısından, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sistemində reallaşdırılan uğurlu layihələrdən danışan Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının da bu cür təşəbbüslərinin ümumi məqsədlərə dəstək xarakteri daşıdığını qeyd edib.
 
Sahib Məmmədov tibb işçilərinin iştirak etdiyi “Sağlamlığa doğru qaç” layihəsinin asudə vaxtın mənalı keçirilməsi, sağlam həyat tərzinin təbliği, ittifaq üzvləri arasında həmrəyliyin gücləndirilməsi baxımından faydalı olduğunu bildirib və final iştirakçılarına uğurlar arzulayıb.
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və Qarabağda aparılan sistemli və sürətli abadlıq-quruculuq işlərindən, öz doğma yurduna qayıdan sakinlərə yaradılan şəraitdən söz açıb və bugünkü idman tədbirinin Xankəndidə təşkil olunmasının əhəmiyyətindən bəhs edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə çıxışlarında Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan, həkimlərimizin peşəkarlığından, xüsusilə pandemiya və Vətən müharibəsi dövründə səhiyyə işçilərinin fədakar əməyindən danışıblar.
Sonra vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslər tamaşaçılar və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və onlarda xoş əhval-ruhiyyə yaradıb.
 
Start verilən beş min metr məsafəyə qaçışda zonalar üzrə qalib olmuş 48 səhiyyə işçisi iştirak edib. Finiş xəttini ilk keçən 3 qadın və 3 kişi iştirakçı finalın qalibi elan olunaraq pul mükafatı, diplom, medal və kubokla təltif edilib.
 
Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan “Sağlamlığa doğru qaç!” layihəsi asudə vaxtın səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi ilə təşkil olunub. Final da daxil olmaqla layihəyə ümumilikdə 1500-dən çox səhiyyə işçisi qatılıb.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Bakıda qaçış yarışı təşkil edib -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    2-06-2025, 13:52

  • “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib -Fotolar

    “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə ...

    28-04-2025, 17:40

  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd” verilib -Fotolar

    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ...

    20-05-2025, 16:54

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar -Fotolar

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ...

    1-05-2025, 09:31

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    22-04-2025, 10:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.