• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan xalqının qəlbində sağalmaz yara olan Qarabağ həsrəti 30 il sonra sona çatdı

  

Azərbaycan xalqının qəlbində sağalmaz yara olan Qarabağ həsrəti 30 il sonra sona çatdı

Tarix : 24-09-2025, 12:57 Kateqoriya :---

Azərbaycan xalqının qəlbində sağalmaz yara olan Qarabağ həsrəti 30 il sonra sona çatdı
Xalqın qəlbindəki inam hissini yaşadan, 30 illik Vətən həsrətinin sona çatacağına söz verən , 44 gün ərzində igidləriylə Zəfər tarixi yazan və ata vəsiyyətini gerçəkləşdirən Ali Baş Komandan İlham Əliyev...
2020-ci il 12 iyul – qubar bağlayan yaranın yenidən qanadılması və Polad Həşimov, İlqar Mirzəyev kimi igidlərin şəhidlik zirvəsinə ucalması, bu xalqın səbr kasasının daşmasına səbəb oldu. Artıq bu sağalmaz yaranı sağaltmağın vaxtı gəlib çatmışdı. Öldü var, döndü yoxdur...
Azərbaycan xalqının qəlbində sağalmaz yara olan Qarabağ həsrəti 30 il sonra sona çatdı. Lakin bu həsrətin bitməsi üçün minlərlə can Vətən torpağına qurban oldu. Şəhid xəbəri bir evə yox , bütün evlərə gəlirdi. Onlar canlarını bu torpaq uğrunda fəda etdilər, lakin xalqına övladlarını əmanət etdilər. Neçə insan yeni doğulan övladını görmədən Şəhidlik zirvəsinə ucaldı. Atasının adını daşıyacaq onlarla igid, atasının adını yüksəkdə tutacaq onlarla cənnət qoxulu qız övladları dünyaya gəldi. Qəhramanların adını övladına qoyan yüzlərlə insan oldu və olacaq. Bəli, bu xalq bir öldü, min dirildi.
2020-ci il 27 sentyabr – tarixi zəfər yolunun başlanğıc günü. 1992-ci ildə Qarabağ torpağından ana qucağında çıxan körpələrin, 2020-ci ildə ya Qarabağ, ya ölüm şüarıyla ölümün gözünə dik baxaraq zəfərə doğru addımlayırdı.
Bu tarixlərdə Azərbaycan xalqının yenilməzliyini, birliyini görməmək mümkün deyildi. Hər kəs əlindən gələni etməyə çalışırdı. Axı hər kəs Qarabağa tələsirdi. Kimisi yolda gördüyü əsgərə bağının məhsulunu verməyə çalışır, kimisi isə kiçik vücudunda böyük sevgiylə güvən məktubu yazır və kiçik qəhrəmanlar isə əsgər gördüyü yerdə qürur hissiylə əsgər salamı verirdi.
Xalqın gözü TV ekranlarında Ali Baş Komandanı axtarırdı. Axı o millətinə tarixi anların müjdəsini verirdi. Füzuli, Cəbrayıl, Suqovuşan, Ağdərə, Xocavənd, Zəngilan, Qubadlı, Xocalı şəhər və ətraf rayonlarının azad olunma xəbərlərini eşitmək , izahı olmayan qürur və sevinc hissləri...
Artıq Vətənə çatmağa az qalmışdı. Keçirilən həyəcan hisslərini anlatmaq qeyri – mümkündür. Günlərdən 8 noyabr və TV ekranlarında ata vəsiyyətini gerçəkləşdirən Cənab Ali Baş Komandan İlham Əliyevin qürurlu çıxışı: “Əziz Şuşa, sən azadsan!”
2020-ci il 10 noyabr – Qarabağ atəşkəs bəyanatı. Cənab İlham Əliyevin məğrur duruşu, düşmənə diz çökdürən Azərbaycan əsgəri və qələbəni küçələrə axışaraq qeyd edən xalqın sevinc hissi.
Üçtərəfli bəyanata əsasən bir atəş belə açılmadan Ağdam, Kəlbəcər, Laçın şəhər və rayonlarıda geri qaytarıldı. Budur dəmir yumruğun gücü.


Sabunçu qəsəbəsi, 215 saylı tam orta məktəbin
müəllimi Əminə Məmmədli

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat

    Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir ...

    24-09-2025, 12:58

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (60)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.