• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat

  

Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat

Tarix : 24-09-2025, 12:58 Kateqoriya :---

Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat Azərbaycan xalqı hər zaman sülhsevər, tolerant və beynəlxalq hüquqa hörmətlə yanaşan bir xalq kimi tanınır. Lakin uzun illər, Ermənistanın işğalçılıq siyasəti, ardıcıl hərbi təxribatları və dinc əhaliyə qarşı törətdiyi cinayətlər artıq Azərbaycan xalqının səbir kasasını doldurmuşdur.
2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə, illərdir onlara qarşı olan dözümlülüyü son həddə çatdırdı.
2020-ci il iyul ayının 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində təxribata əl atdılar. Məqsəd sərhəddə yerləşən strateji yüksəklikləri ələ keçirməklə, Azərbaycandan Gürcüstana keçən beynəlxalq neft və qaz kəmərlərini atəş nəzarət altında saxlamaq idi. Düşmən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutmağa başladı. Düşmən təxribatının qarşısını almaq məqsədilə ön xəttə gələn Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə döyüşçümüz qəhrəmanlıqla şəhid oldular.
2020-ci il 27 sentyabr tarixində Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutan Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Bu təcavüz nəticəsində hərbi qulluqçularla yanaşı 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Ermənistanın növbəti təxribatı qarşısında Azərbaycan dövlətinin cavabı qətiyyətli oldu – Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi.
Ədalətli və haqq mübarizəsinə qalxan xalqımız 44 gün ərzində şanlı bir tarix yazdı. Azərbaycan Ordusu düşmənin onilliklər boyu qurduğu istehkamları darmadağın etdi, strateji yüksəklikləri ələ keçirdi, kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdi. Oktyabr ayında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonunun əraziləri Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu müharibənin rəmzinə çevrilmiş Şuşa şəhəri 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan əsgərlərinin igidliyi nəticəsində azad olundu. Şuşanın azadlığı bütün xalqımız üçün dönüş nöqtəsi oldu, zəfərimizin müjdəçisi kimi tarixə düşdü.
Nəhayət, 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış bəyanatla müharibəyə son qoyuldu. Qısa müddətdə – 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, sülh yolu ilə Azərbaycana qaytarıldı. 2022-ci ilin avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə torpaqlarımızın bərpası prosesi tamamlandı.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi. Bu qələbə yalnız hərbi uğur deyildi – həm də ədalətin, beynəlxalq hüququn və tarixi həqiqətin zəfəri idi. Bu zəfərin qiyməti böyük oldu: 2908 igid hərbçimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə qazimiz ömürlük yaralandı. Lakin onların qanı yerdə qalmadı, Vətən torpaqları azad edildi.
Bu gün Azərbaycan xalqı şəhidlərinin müqəddəs xatirəsini ehtiramla yad edir, onların qoyduğu müqəddəs irsi – azad və güclü Azərbaycanın quruculuğunu davam etdirir.

44 günlük Vətən müharibəsi sübut etdi ki, sülhsevər Azərbaycan xalqı heç vaxt təcavüz və işğalla barışmayacaq, haqqı və ədaləti qorumaq üçün sonadək mübarizə aparacaqdır.


Maştağa qəsəbəsi, 293№li tam orta məktəbin
Coğrafiya müəllimi Aidə Abbasova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • 27 Sentyabr – Anım Günü: xatirəniz hər zaman qəlbimizdə yaşayacaq...

    27 Sentyabr – Anım Günü: xatirəniz hər zaman ...

    24-09-2025, 13:12

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xəbər arxivi

Noyabr 2025 (60)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.