• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”

  

Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”

Tarix : 14-06-2025, 10:21 Kateqoriya :---

Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan “Şuşa Bəyannaməsi” ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”.

Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu. “Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək. Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.”

Fikirlərini davam etdirən Kamaləddin Qafarov Şuşa Bəyannaməsinin həmçinin regional sülhü təmin edən mühüm tarixi sənəd olduğunu xüsusi vurğulayıb: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması böyük tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyi üçün birgə fəaliyyət göstərəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış etməsi də heç bir şübhə doğurmur. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir” .

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Səttar Möhbalıyev:"Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını bir daha bütün dünyaya bildirən bir mesaj oldu"

    Səttar Möhbalıyev:"Şuşa Bəyannaməsi ...

    11-06-2025, 14:10

  • Eltun Süleymanov: "Şuşa Bəyannaməsi Türkiyə-Azəribycan birliyinin sarsılmaz zirvəsidir"

    Eltun Süleymanov: "Şuşa Bəyannaməsi ...

    11-06-2025, 11:12

  • Şuşa Bəyannaməsi tarixin səsi, gələcəyin zəmanətidir

    Şuşa Bəyannaməsi tarixin səsi, gələcəyin ...

    13-06-2025, 12:47

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.