• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Eltun Süleymanov: "Şuşa Bəyannaməsi Türkiyə-Azəribycan birliyinin sarsılmaz zirvəsidir"

  

Eltun Süleymanov: "Şuşa Bəyannaməsi Türkiyə-Azəribycan birliyinin sarsılmaz zirvəsidir"

Tarix : 11-06-2025, 11:12 Kateqoriya :---
Eltun Süleymanov: "Şuşa Bəyannaməsi Türkiyə-Azəribycan birliyinin sarsılmaz zirvəsidir"
 
15 iyun 2021-ci il tarixində Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki qardaş ölkənin deyil, bütün regionun taleyini dəyişdirmiş şərəfli bir siyasi akt kimi tarixə yazıldı. Bu Bəyannamə Türkiyə-Azərbaycan qardaşlığını rəsmi səviyyədə yeni bir strateji zirvəyə qaldırdı.
 
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
 
Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyevin sözləri bəyannamənin mahiyyətini açıq formada ifadə edir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Şuşada imzalanan Bəyannamə tarixi sədaya çevrildi, dünyaya ciddi bir mesaj oldu. Şuşa Bəyannaməsi tarixi köklərə söykənir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları bu bəyannamənin ideoloji bünövrəsidir. Bu ifadələr artıq konkret beynəlxalq çərçivədə canlanmış və Şuşa Bəyannaməsi ilə rəsmiləşmişdir. Bəyannamənin ən əhəmiyyətli istiqamətlərindən biri müdafiə sahəsindəki müttəfiqlikdir. Bu, faktiki olaraq, Türkiyənin Azərbaycanın təhlukəsizliyinin açıq dəstəkçisi olduğunun beynəlxalq təsdiqidir. Bəyannamədə qeyd olunur ki, təhlukə yaranarsa, Türkiyə Azərbaycanın yanında olacaq. Bu ismarıc bölgədəki revanşist dairələrə açıq bir cavab, eyni zamanda sülhə dəvətdir. Prezident Rəcəb Tayyib Ədoğan bu birliyi belə vurğulamışdı: “Biz Azərbaycanı təkcə qardaş kimi deyil, öz vətənimiz kimi görürük.” Bu ifadə təkcə siyasi deyil, emosional və tarixi köklərin təsdiqidir. Bu Bəyannamə ilə bölgənin yeni konturları yarandı. Bəyannamə Zəngəzur dəhlizi kimi qlobal əhəmiyyət daşıyan layihənin reallaşmasına yol açır. Bu dəhliz Türkiyəni Azərbaycanla birbaşa birləşdirir və Asiya-Avropa arasındakı nəqliyyat əlaqələrini yenidən qurur. Şuşa Bəyannaməsi bu baxımdan sadəcə siyasi deyil, iqtisadi və strateji mahiyyət daşıyır. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.” Şuşa Bəyannaməsinin iqtisadi aspekti də diqqətəlayiqdir. Qarşılıqlı investisiya imkanları, işğaldan azad edilmiş ərazilərin birgə bərpası, yeni turizm marşrutları və bölgəyə sərmayə cəlbinin artması bu bəyannamənin iqtisadi təməlini formalaşdırır. Bəyannamə beynəlxalq aləmdə Azərbaycanın və Türkiyənin mövqeyini gözə çarpır dərəcədə gücləndirib. Xarici siyasət sahəsində təşkil ediləcək birgə siyasi məsləhətləşmə prosesi əlavə olaraq, diaspor əlaqələri və informasiya mübadiləsinin gənişləndirilməsi istiqamətində böyük imkanlar açır. Şuşa Bəyannaməsi təkcə sənəd deyil, çox mühüm bir siyasi addımdir. Bu sənədlə Türkiyə və Azərbaycan bir daha təsdiq etdilər ki, onlar təkcə tarix, mədəniyyət deyil, eyni zamanda siyasi maraqlar baxımından da birdirlər. Şuşa Bəyannaməsi bu birliyin sarsılmaz rəmzi, əbədi qardaşlığın siyasi təsdiqidir – deyə E. Süleymanov fikrini tamamlayıb.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Eltun Süleymanov:"Naxçıvanda qaldırılan bayraqdan Müstəqillik gününə gedən yol"

    Eltun Süleymanov:"Naxçıvanda qaldırılan ...

    23-05-2025, 20:09

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.