• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Təhsil » Vətənə Xidmətin Simvolu – Professor Eldar Quliyev

  

Vətənə Xidmətin Simvolu – Professor Eldar Quliyev

Tarix : 17-07-2025, 22:53 Kateqoriya :Təhsil

Vətənə Xidmətin Simvolu – Professor Eldar Quliyev


Müasir Azərbaycan cəmiyyətində ağsaqqallıq institutunun yaşadılması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlər göstərən şəxslərdən biri də Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Onun həyat yolu, intellektual zənginliyi və ictimai-siyasi fəaliyyəti ölkəmizin elm, siyasət və mənəviyyat həyatında özünəməxsus iz buraxmışdır.

Eldar Quliyev uzun illərdir ki, Azərbaycanın iqtisadi inkişafı, sosial rifahı və siyasi sabitliyi naminə fəaliyyət göstərir. O, elmə və təhsilə bağlılığı ilə tanınan alimdir. İqtisad elmləri doktoru olaraq onun elmi araşdırmaları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində tətbiq olunmuş və strateji planlamada nəzərə alınmışdır. Onun yazdığı dərsliklər, elmi məqalələr və monoqrafiyalar gənc iqtisadçılar üçün dəyərli bilik mənbəyinə çevrilmişdir.

Parlament fəaliyyəti də professor Eldar Quliyevin nüfuzunu bir qədər də artırmışdır. O, uzun illər Milli Məclisin üzvü kimi ölkə qanunvericiliyinin təkmilləşdirilməsi prosesində fəal iştirak etmiş, xüsusilə sosial siyasət, iqtisadi inkişaf, təhsil və mədəniyyət sahələrində bir sıra mühüm qanunların qəbuluna töhfə vermişdir. Onun çıxışları həmişə məntiqli, əsaslı və xalqın maraqlarına xidmət edən mövqeyi ilə seçilir.

Eldar Quliyev, eyni zamanda, Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği və qorunması sahəsində mühüm təşəbbüslərlə çıxış edir. Onun rəhbərliyi altında təşkil olunan tədbirlər, görüşlər və ictimai layihələr Azərbaycan cəmiyyətində ağsaqqallıq ənənələrinin yaşadılmasına mühüm töhfələr verir. Şura onun təşəbbüsü ilə regionlarda və paytaxtda vətənpərvərlik ruhunda tədbirlər keçirir, şəhid ailələri, qazilər, yaşlı nəslin nümayəndələri ilə davamlı olaraq görüşlər təşkil olunur.

Eldar müəllim, eyni zamanda, humanist və vətənsevər insan kimi tanınır. O, xüsusilə şəhid ailələrinə və müharibə veteranlarına göstərilən qayğı və diqqəti öz şəxsi fəaliyyəti ilə bir daha nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial rifah yönümlü siyasətinə dəstək verən Eldar Quliyev, dövlət başçısının səhiyyə, təhsil və sosial müdafiə sahələrinə göstərdiyi diqqəti öz çıxışlarında mütəmadi olaraq vurğulayır və parlament tribunasından bu siyasətin davamlı olmasının vacibliyini bildirir.

Tanınmış alim, nüfuzlu siyasətçi və milli dəyərlərin qoruyucusu kimi Eldar Quliyev bu gün də öz zəngin təcrübəsini ölkənin inkişafı naminə sərf edir. Onun fəaliyyəti, düşüncəsi və əxlaqi duruşu təkcə yaşlı nəsil üçün deyil, həm də gənc nəslə örnəkdir. Professor Eldar Quliyev bir simvola çevrilmişdir – elmin, təcrübənin, vətənpərvərliyin və ağsaqqallığın simvoluna.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə keçən ömür

    Aqiyə Naxçıvanlı – xalqının rifahına xidmətdə ...

    10-03-2025, 11:58

  • Üç qurum ləğv olundu - Sərəncam

    Üç qurum ləğv olundu - Sərəncam ...

    4-04-2025, 12:34

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    16-04-2025, 10:29



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.