• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Sosial » 2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər

  

2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər

Tarix : 17-04-2025, 14:22 Kateqoriya :Sosial

2 milyard manat ayrılır – Bu şəxslərin maaşı artırıla bilər

Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat ayrılacağı məlum olub. Bildirilir ki, bu, 2025-ci illə müqayisədə 3,8 faiz çoxdur. Digər tərəfdən, səhiyyəmizin problemli və tənqidlərə ən çox məruz qalan sahə olduğu vurğulanır.

Səhiyyə sisteminə ayrılan dövlət vəsaitləri bu sahədə niyə ciddi dönüş yaratmır?

globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, səhiyyə xərclərinin artması müsbət tendensiyadır.

"Bu gün Azərbaycanda yeni kadrlar, Avropa və Türkiyədə təhsil alan həkimlər var. Lakin vəziyyət kəskin dəyişmir. Əvvəla, adambaşına ayrılan vəsait digər ölkələrlə müqayisədə elə də yüksək deyil. Əksər dövlətlərdə səhiyyə xərcləri az qala dövlət büdcəsinin üçdə iki hissəsini təşkil edir. Məsələn, ABŞ-da bu, federal büdcədən çoxdur. Bizdə səhiyyə xərclərini optimal etmək üçün bütün xəstəxanaları bu sistemə cəlb etmək lazımdır. Daha keyfiyyətli və effektiv müayinə metodlarından istifadə edilməli, əhalinin bu metodlara əlçatanlığı təmin olunmalıdır. Eyni zamanda görüş və növbəli sistem düzgün qurulmalıdır".

Professor bildirib ki, icbari tibbi sığortanın fəaliyyəti hələ ki həkimlərin fədakarlığı hesabına olur:

"Hazırda maaş qeyri-mütənasibdir. Bəzi həkimlərin qazancı müxtəlif reklamlar, müəyyən yollar sayəsində yüksəkdir. Amma icbari tibbi sığorta ilə çalışan həkimlərin əməkhaqqısı qənaətbəxş deyil. Mütəxəssisləri bu işə cəlb etdikdən sonra maaş sisteminin optimal bölüşdürülməsi çox vacibdir. Bunlar edilsə, əlbəttə, yavaş-yavaş Qərb təbabətinə yaxınlaşacağıq. Başqa alternativ yoxdur".

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

    ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, ...

    4-04-2025, 09:11

  • Trampın siyasəti ABŞ-ı, yoxsa dünya iqtisadiyyatını dağıdacaq - Azərbaycan üçün təsirlər...

    Trampın siyasəti ABŞ-ı, yoxsa dünya ...

    8-04-2025, 16:00

  • Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər

    Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər ...

    7-04-2025, 16:00

  • “Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”

    “Savadlı ustalar ayda 5-10 min, ali təhsilli ...

    4-04-2025, 16:00

  • Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları

    Qlobal iqtisadi böhran riski sovuşdumu - ...

    15-04-2025, 16:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.