• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Siyasət » Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir

  

Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir

Tarix : 23-04-2025, 13:43 Kateqoriya :Siyasət

Prezident Çində belə qarşılandı - Video

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsi zamanı bu fikirləri bildirmişdir.


Bildiyimiz kimi 21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə vermişdir. Müxtəlif məzmunlu sualları cavablandıran Möhtərəm Cənab Prezident ölkəmizin beynəlxalq sistemdə tutduğu mövqedən və yürütdüyü uğurlu xarici siyasətdən bəhs edərək vurğulamışdır ki, Azərbaycan dövləti olaraq bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, qarşılıqlı əməkdaşlığa əsaslanıb. Çünki biz inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür. Azərbaycan-Çin münasibətlərinə toxunan cənab Prezident xüsusi vurğulamışdır ki, strateji tərəfdaş olan Azərbaycanla Çin arasında münasibətlər qarşılıqlı etimada və milli maraqlara əsaslanır. Hər iki dövlətin müxtəlif sahələri əhatə edən münasibətləri regionda sülh və qarşılıqlı əməkdaşlığın güclənməsinə xidmət edir. Çinin beynəlxalq sistemdə tutduğu mövqeyi yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, “ hazırda Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir və Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.” Xüsusi qeyd etməliyik ki, Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir.


Qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir və sevindirici haldır ki, strateji tərəfdaşlığımız yeni müsbət məzmunla zənginləşir. Məlumat üçün qeyd etməliyik ki, hazırda Çinin ölkəmizin ticarət dövriyyəsində yeri durmadan yüksəlməkdədir. Sürətli dinamika nəticəsində Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib və ötən ilin nəticələrinə əsasən Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaşına çevrilib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 18 faizə çatıb.


Bildiyimiz kimi hazırda dünya yeni çağırışlarla üz-üzədir. Dünyanın mövcud geosiyasi vəziyyətinin mürəkkəbliyi fonunda qlobal siyasi sistemində mühüm mərhələnin əsası qoyulmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirməkdədir. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu baxımdan ölkəmizin Çin Xalq Respublikası ilə münasibətlərini dərinləşdirməsi mühüm əhəmiyyət kəsb edir.


 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    17-04-2025, 09:15

  • Eltun Süleymanov: "Qlobal sabitliyə gedən yol və Çin-Azərbaycan əməkdaşlığının siyasi dəyəri"

    Eltun Süleymanov: "Qlobal sabitliyə gedən ...

    22-04-2025, 15:40

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursu Azərbaycanın nüfuz coğrfiyasının davamlı olaraq genişlənməsinə səbəb olub”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    16-04-2025, 10:29

  • Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar

    Pekində Azərbaycan-Çin sənədləri imzalandı - ...

    23-04-2025, 10:45



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.